… Özünü qınayırdı və özlüyündə etiraf edirdi: o olmasa idi, özü özünə yük olardı — bax artıq qocalıb, güc də o güc deyil, göz də o göz deyil, gözəllik də qalmayıb, dişləri də. Hər şey, nə ilə ki tanınırdı, hər şey uçur, dağılır, ölüm də artıq dağların arxasında deyil, bircə köksü təslim olmur, sinəsindəki arzu əvvəlki tək yaşayır, cavanlıqdakı kimi, dərd də budur — ruh qocalmır…