Pillələr

Əli Kərim

Pillələr Posts

You can find Pillələr books, Pillələr quotes and quotes, Pillələr authors, Pillələr reviews and reviews on 1000Kitap.
Təsəlli həqiqəti kiçiltmək arzusudur.
Sayfa 202Kitabı okudu
İndi idrak xəyalı ötüb keçmişdir. Amma idrak həmişə öndə getməyəcəkdir. O, müəyyən bir nöqtəyə çatıb dayanacaq, özündən sürətli bir xəyal yaradacaqdır. Sonra bu xəyalı ötüb keçməyə çalışacaqdır. Mən Zərifə idrakla xəyalın çarpışmaları içində keçən, gecə- gündüz zaman kimi, ürək kimi narahat bir gənclik arzulayıram.
Sayfa 102Kitabı okudu
Reklam
Qayıt
Həsrətin araya atdı dağ, dərə, Sönən işıq oldun, batan səs oldun. Qayıt, mənim gülüm, qayıt bu yerə, Ey mənim istəyim, nə gəlməz oldun?! Ümidlər, arzular pərən-pərəndir, Qəlbə təsəllidir xatirələrim. Bir halımı soruş, könlümü dindir, Axşamlar yadıma düşür səhərim. Qayıt, mənim gülüm, yerbəyer elə, Dərdli səhərləri, gecələri sən. Çaşıb başqa yolla keçirəm elə, Düz öz qaydasınca küçələri sən. Qayıt, yerinə qoy Ayı, Günəşi — Yenə olduğu tək görüm həyatı. Qayıt, gözüm nuru, könlüm atəşi, Qayıt, səhmana sal bu kainatı.
Həqiqəti dinləməməklə onu öldürmək olmaz.
Sayfa 139Kitabı okudu
Həqiqət sənin evindir, ora hər adamı buraxmamalısan.
Sayfa 120Kitabı okudu
Acı xatirə də yüksəlmək üçün bəzən bir pillə kimi lazım olur.
Sayfa 105Kitabı okudu
Reklam