Kitabda 7 fərqli hekayə cəmlənib. Az-az hamısından bəhs etməyə çalışacam.
1 - Poçt Qutusu
Zənnimcə bu hekayədə, yazıçı, kənd əhalisinin o zamanki dövrdə nə qədər az elmə sahib olmasını və gülünc vəziyyətə düşməsini göstərmək istəyib. Düşünün ki, poçt qutusu haqqında, məktub haqqında məlumatınız yoxdur. Kitabı oxuduqda obrazın poçt qutusu ilə