Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Polad Necə Bərkidi

Nikolay Ostrovski

Sözler ve Alıntılar

Tümünü Gör
Üsyanlarla dolu on doqquzuncu ilin həmin aprel ayında vahiməyə düşmüş, başını itirmiş meşşan, səhər-səhər yuxulu gözlərini ovaraq evinin pəncərəsini açır və qorxa-qorxa erkən yuxudan oyanmış qonşusundan soruşurdu: - Avtonom Petroviç, şəhərdə hansı hökumətdir? Avtonom Petroviç isə tumanını çəkərək qorxa-qorxa yan yörəsinə baxır: - Afanas Kirilloviç, bilmirəm. Gecə kimlər isə gəlib. Görək əgər yəhudiləri talan etsələr, demək petlyuraçılardır, əgər «yoldaşlar» olsa, o saat danışıqlarından bilinər. Mən də indi məəttəl qalmışam, bilmirəm hansı şəkli asım ki, sonra başıma bəla açmasın. Yoxsa, bilirsinizmi, nə olub, qonşum Gerasim Leontiyeviç, yaxşı öyrənmədən götürüb Leninin şəklini asır, birdən üç nəfər gəlir, demə, Petlyuranın dəstəsindənmişlər. Şəklə baxan kimi düşürlər ev yiyəsinin üstünə! Ona iyirmiyə qədər qamçı vururlar və deyirlər ki: «Köpək oğlu, sən kommunist quyruğusan, sənin dərini soyacağıq». Yazıq nə qədər yalvarır, yaxarırsa, kömək etmir. Şose ilə bir dəstə silahlı getdiyini görən kimi meşşan pəncərəsini örtüb gizlənir. Qeyri-sabit zamandı...
Sayfa 70 - Kitab KlubuKitabı okudu
"Dəmir məngənədən çıxmaq üçün, sıraya qayıtmaq, öz həyatını faydalı bir şəklə salmaq üçün əlindən gələn hər şeyi etmisənmi?" Cavab verirdi: "Bəli, deyəsən hamısını etmişəm!"
Sayfa 422 - Kitab KlubuKitabı okudu
Reklam
Pavel öz mənliyini, şəxsiyyət duyğusunu itirmişdi. Bütün bu son günlər qızğın vuruşmalarda keçmişdi. Korçagin kütlə içərisində ərimişdi, bütün döyüşçülər kimi o da sanki «mən» sözünü unutmuşdu, onun xatırında yalnız «biz» sözü qalmışdı: bizim polk, bizim eskadron, bizim briqada.
Sayfa 181 - Kitab KlubuKitabı okudu
Nə üçün susduğunu özü də bilmirdi. Kitablarda oxuduğu adamlar kimi cəsarətli və möhkəm olmaq istəyirdi.
Sayfa 111 - Kitab KlubuKitabı okudu
- Məgər komsomolçular sizin xoşunuza gəlmir? Arabaçı saqqalını qaşıyaraq, tələsmədən cavab verdi: - Yox, niyə ki... Cavanlıqda dəcəllik etmək olar. Oyun çıxardarlar, ya başqa iş görərlər, mənim özümün də komediyadan xoşum gəlir, illa ki, yaxşısı ola. Biz əvvəl elə bilirdik ki, uşaqlar nadinclik edəcəklər, amma əksinə çıxdı. Eşitdik ki, sərxoşluğa, xuliqanlığa və belə şeylərə yol vermirlər. Fikirlərini oxumağa verirlər. Allahın da yaxasından əl çəkmirlər, istəyirlər ki, kilsəni klub eləsinlər. Bu nahaq işdir, qocalar bunun üçün komsomolçulardan xoşlanmırlar. Yoxsa nə var ki? Bircə pis işləri var ki, lütləri, muzdurları ya da təsərrüfatı yoxsul olanları götürürlər. Ağaların uşaqlarını götürmürlər.
Sayfa 320 - Kitab KlubuKitabı okudu
- Romanı oxudunuzmu? - Romanımı?- deyə Tonya düşündü. - Mən onu... - Tonya az qalmışdı ki, kitabı gölün sahilində unutduğunu söyləsin. - Hə, necə idi, xoşunuza gəldimi? - Viktor diqqətlə Tonyanın üzünə baxdı. Tonya düşündü və çəkməsinin burnu ilə yavaş-yavaş qumun üzərində əcayib bir şəkil çəkdikdən sonra başını qaldırdı və Viktora baxdı: - Yox, mən başqa romana, sizin gətirdiyiniz romandan daha maraqlı bir romana başlamışam. - Belə de, - Viktor incimiş halda söylədi, o, romanın müəllifi kimdir? Tonya qığılcımlı və istehzalı gözləri ilə ona baxdı. - Heç kəs...
Sayfa 63 - Kitab KlubuKitabı okudu
Reklam
Xasiyyətlərindəki fərqə və Artyomun zahiri sərtliyinə baxmayaraq qardaşlar bir-birini çox sevirdilər. Bu, sərt, etirafsız bir sevgi idi; Pavel aydınca duyurdu ki, qardaşı uğrunda hər bir şeydən keçər və həyatını belə, lazım gəlsə, tərəddüdsüz onun uğrunda qurban verər.
Sayfa 54 - Kitab KlubuKitabı okudu
100 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.