Kitab bolşevik üsyanından bəhs edir. Romandakı hadisələr o vaxtlar Rusiyanın tərkibində olan Ukraynada baş verir. Qızıl ordunun sıralarına qoşulub, vətəndaş müharibəsində iştirak edən müəllif yaralanıb, sağlamlığı çalışmağa imkan vermədikdən sonra, özünü ədəbiyyata vermiş və başına gəlmiş hadisələri qələmə almışdır və bu roman belə ortaya çıxmışdır. Romanın baş qəhrəmanı kimi Nikolay Ostorovski də 15 yaşında inqilab ilə tanış olmuşdu. Ikisi də şöhrət,rütbəyə önəm vermədən, ideya uğrunda mübarizə aparmışdı. Düzdür bu inqliab, fəhlə partiyası, bolşevik kimi sözlər artıq işlənmir, tarixin tozlu rəflərinə qalxıb. Ancaq mənə bu romanı sevdirən cəhət; insanın bir amal uğruna yorulmadan, hər yıxılmadan təzdən ayağa qalxıb, mübarizə aparmasıdır. Həyatda sona qədər mübarizə aparan əzmkar insanların romanını mütləq oxuyun. Əzmkar deyilisiniz də oxuyun, bəlkə bu roman sizə düşünməyə köməkçi olacaq və yaşamaq üçün bir amal, hədəf tapmış olarsınız. Paylaşımı bu cümlələrlə bitirmək istəyirəm.
'' Insan üçün ən qiymətli şey həyatdır. Həyat insana bir dəfə verilir, o həyatı elə yaşamalısan ki, səmərəsiz keçən o günlər üçün sonra əzab çəkib, heyfislənməyəsən, keçən günlərin rəzaləti və alçaqlığı üçün utanmayasan. Yaşamağa tələsmək lazımdır. ''