Pəri Cadu Sözleri ve Alıntıları

Pəri Cadu sözleri ve alıntılarını, Pəri Cadu kitap alıntılarını, Pəri Cadu en etkileyici cümleleri ve paragragları 1000Kitap'ta bulabilirsiniz.
Mənasını bilsəz bölüşün zəhmət olmasa
Can nəqdin əgər etsən, ey şux, təmənna sən, Bir guşeyi-çeşminlə eylə mənə eyma sən, eylə mənə eyma sən.
Məhəbbət nə yaman bəla imiş, ürək nə yaman şеy imiş! Ələlxüsus arvad ürəyi, gah daş kimi bərkiyir, gah da mum kimi yumşalır... Gah buz kimi dоnur, gah Ərəbistanın günü tək adamı alışdırır. Gah su оlur, gah qan...
Sayfa 22 - @QANUN nəşriyyatı, 2019
Reklam
Ay hеç zaddan gözü dоymayan insan. Dünyanı yеyib “dоymadım” dеyə-dеyə ölən insan.
Sayfa 20 - @QANUN nəşriyyatı, 2019
Dərviş
Bilginən, cəmi məzlumların tərəfdarı Allah'dır. Hər bir zülm edən əcrini Allahdan alır. Qisas bir şərr əməldir. Zülm, həmçinin şərr əməldir. Zülm edən dünyada bir şərr törədir, qisas alan da bir şərr törədib, dünyada iki şərrinn törəməyinə səbəb olur. Sən sərrin müqabilində səbr et, ta şərr tək qalsın.
Sayfa 10 - @QANUN nəşriyyatı, 2019
Mənim dərdimin dərmanı elə bu tökdüyüm göz yaşıdır. Yanğının əlacı sudur, mənim ürəyim od tutub yanır, ürəyin yanğısını da ancaq göz yaşı sakit edə bilər.
Bir də,qardaş, hər adam xoşbəxtliyi bir cür başa düşür.Kasıb dövlətlənəndə özünə xoşbəxt deyir.Acın qarnı doyanda,deyir xoşbəxtəm.Dilənçinin əlinə bu gündən dünənkindən bir abbası artıq keçəndə,deyir xoşbəxtəm.Səndə ki,odunçusan hər gün gəlib buraa bir şələ odun tapırsan,deyirsən bəxtim gətirib.
Reklam
19 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.