Psikiyatrist

Wulf Dorn

Düşük Puanlı Psikiyatrist Yorumları ve İncelemeleri

Düşük Puanlı Psikiyatrist sözleri ve alıntılarını, düşük puanlı Psikiyatrist kitap alıntılarını, etkileyici sözleri 1000Kitap'ta bulabilirsiniz.
428 syf.
10/10 puan verdi
·
Beğendi
·
12 günde okudu
Möhtəşəm bir Wulf Dorn kitabı.. Kitabı anladmağ üçün iki- üç sətir gözəl şey söyləmək bəs etməz. Sonuna qədər çaşdıran, hər kəsdən şübhələndirən və sonda heyrət içində bitirdiyim möhtəşəm bir kitab oldu. Şizofren kitabıyla psixiatr kitabının gedişat barədə birazca oxşarlığı ola bilər,ancağ mövzusu, sonu, obrazların psixoloji durumu və yaşadığları bir birindən tamamilə fərqləndirir kitabları. Hər iki kitabı keyiflə oxudum, dedektiv və psixoloji janrda kitab sevərlərin mütləq oxuması lazımdır Wulf Dorn kitablarını
Psixiatr
PsixiatrWulf Dorn · Yay Neşriyat · 20189,1bin okunma
428 syf.
10/10 puan verdi
·
17 günde okudu
Vulf Dornun oxudugum ilk kitabi.Cox mohtesem eserdir baxmayaraqki ilk eserdir,butun detallarina qeder ince dusunub yazici.Eser o qeder axicidirki elinizden qoymaq istemeyeceksiz.Movzu haqqinda yazmayacam.Kitabina ortasina gelene geder hadiselerin hara aparacaqin texmin etmek mumkun deyil,Sonu ise bir ayri mohtesemQorxu hissini dibine qeder yasatdi sexsen mene.Eger psixotriller oxumaqi sevirsinizse oxumaga deyer.Diger eselerinj de memnuniyetle oxuyacam.Bu kitab VULF DORNu mene tanitdi ve de cox sevdim yazar olaraq.Bir az ara verib Sizofreni oxuyacam(ara verimki sonra yuxularima girmesin Qara Adam )
Psixiatr
PsixiatrWulf Dorn · Yay Neşriyat · 20189,1bin okunma
Reklam
428 syf.
10/10 puan verdi
·
Beğendi
Qorxu janrında oxuduğum ilk kitabdır. Çox maraqlıdır. Heç düşünməzdim ki, əsər məndə belə təsir yaratsın. Bitirəndən sonra qorxurdum, elə bilirdim mənim də arxamca düşən var. Bu yazarın digər əsərlərini də oxumağı planlaşdırıram. Sonunun düşündüyümdən fərqli çıxması məni əsərə lap bağladı. Hər sətrində oxuyucunu tətikdə saxlayır. Bir sözlə, oxumağa dəyər.
Psixiatr
Psixiatr
Wulf Dorn
Wulf Dorn
Psixiatr
PsixiatrWulf Dorn · Yay Neşriyat · 20189,1bin okunma
428 syf.
10/10 puan verdi
·
Beğendi
·
3 günde okudu
Düşündüyümdən qat-qat maraqlı bir kitab oldu.Çox sürükləyici bir hekayəyə malik idi.Hekayədiki hadisələr ən incə detallarına qədər mükəmməl göstərilib...
Psixiatr
PsixiatrWulf Dorn · Yay Neşriyat · 20189,1bin okunma
428 syf.
10/10 puan verdi
·
26 günde okudu
Şüuraltının gücü, psixologiya və insan sintezi
Bir məcarənın da sonuna gəldim. Vulf dornun qələmi çox fərqlidir, bir peşənin insan həyatındakı yerini çox gözəl ifadə edir. Digər əsərlərindən fərqlənir, bəzi səhnələrdə tüklərim biz-biz oldu, mən çox gec bir vaxtda bitirdim və beynimə oturda-oturda oxudum, bununla belə hər oxuduğum kitabda olduğu kimi burda da bəzi hissələri tam anlamamışam. Yetəri qədər həzz aldım, fərqli nüanslarla rastlaşdım, psixologiyanın önəminin bir daha fərqinə vardım. Mövzu haqqında danışmağa ehtiyac olduğunu düşünmürəm, sadəcə, bu kitab sizə fərqli, həyatınızı dəyişəcək heç bir məlumat verməyəcək. Filmə baxmış kimi bir həzz dairəsi yaranacaq. Bundan sonrakı kitablarımda şəxsi inkişaf, fəlsəfi janrlarına daha çox üstünlük vermək istərdim. Bununla belə, kitab oxuma marafonuna iyul ayında davam edəcəm. İmtahan sessiya və hazırlıq öncəsi olduğu üçün. Dostlar, kitab çox fərqli aləmdir, içinə düşməyən anlamır, bilmir, dardır, bir də girəni düşünün, Bu necə bir sehrdir, həzzdir, nemətdir...
Psixiatr
PsixiatrWulf Dorn · Yay Neşriyat · 20189,1bin okunma
428 syf.
10/10 puan verdi
Və oxuduğum ənn təsirli kitab.. İnsanı zehninin qaranlıq tərəfləri ilə üzləşdirir. Bastırılmış öfkə, gizlənmiş duyğular.. bir gün ən pis halı ilə ortaya çıxmağı vərdiş ediblər. Hər şey bir yana, özündən ki qaça bilmir insan. Bir gün mütləq özü ilə üzləşməli olur. "Özünə belə güvənmə" deyir yazar, elə də əsaslandırır kii.. Axı insana özündən yaxın kim ola bilər? Özündən çox kimə güvənə bilərsən ki? Suallar-suallar.. Kitab inanılmazdırr, amma hər kəsə tövsiyə etmirəm. Hamı oxumasa da olar. Ən azından ildə 3-5 kitab oxuyanların qaldıra bilməyəcəyi qədər ağırdır.
Psixiatr
PsixiatrWulf Dorn · Yay Neşriyat · 20189,1bin okunma
Reklam
390 öğeden 391 ile 390 arasındakiler gösteriliyor.