Qadın & Kişi

Marc Levy
Mark Levi sayca on altıncı romanı olan və özündə bir qədər avtobioqrafik nüansları birləşdirən «Qadın və kişi» romanında macəradolu romantika ilə komediyanı bir araya gətirir. Keçmişə boylanaraq, birinci romanının personajı memar Pol Bartonu oxuculara yenidən, bu dəfə fərqli məkanda və fərqli şəraitdə təqdim edir. Fransanın ən məhşur romançılarından biri bu əsərində bizə sevgidən, dostluqdan və tanışlıq saytlarından danışır. Pol yazıçılıqla məşğul olan və Parisdə yaşayan amerikalı memardır. Mia isə problemlərdən başını götürüb Parisə qaçan ingilis aktrisadır. Paris bu iki insanın sevgi, eyni zamanda ayrılıq şəhərinə çevrilir. «Qadın və kişi» sentimental komediyası oxucunu həm əyləndirir, həm də düşündürür. Yazıçı bu romanda Şimali Koreyadakı diktatura rejiminə də toxunaraq, insanları əsrin bu yaralı ölkəsinə qarşı həssas olmağa çağırır. Müsahibələrindən birində Mark Levi belə deyir: «Doğrudur ki, Şimali Koreyadakı diktatura rejminin üstündən səssiz keçirlər. Neft ehtiyatları olmadığına görə ölkənin iqtisadiyyatı heç kəsə maraqlı deyil. Halbuki, ölkə əhalisi aclıq, səfalət içində və köləlik şəraitində yaşayır. Ona görə də, mən Şimali Koreya haqqında danışmağa ehtiyac gördüm və romandakı əhvalatların bir qismini Cənubi Koreyaya köçürdüm». Bir-birinə aşiq olmamağa çalışan iki aşiqin, bir-birinə böyük hörmətlə yanaşan iki dostun sadə, lakin düşündürücü məhəbbət əhvalatı, romanın gözlənilməz sonluğu Mark Levi oxucularını təəssüratsız buraxmayacaq.
Author:
Marc Levy
Marc Levy
Translator:
Çimnaz Vəliyeva
Çimnaz Vəliyeva
Estimated Reading Time: 9 hrs. 45 min.Page Number: 344Publication Date: 9 February 2016Publisher: Qanun NəşriyyatıOriginal Title: Elle & lui
ISBN: 9789952361827Country: AzerbaijanLanguage: AzericeFormat: Karton kapak

Comments and Reviews

See All
344 syf.
10/10 puan verdi
·
Liked
·
Read in 4 days
Uzun müddətdir bu kitabı oxumağa hazır hiss edəcəyim zamanı gözləyirdim, bu kitaba bir neçə dəfə başlayıb yarım qoymuşdum. Və bir neçə gün əvvəl tam bu kitabı oxumalı olduğumu hiss etdim və oxumağa başladım. O qədər yüngül, axıcı və sürükləyici bir mövzusu var ki. Oxuyanda əsla yorulmadım. Tam özünüzü pis hiss etdiyiniz bir anda oxunacaq kitabdı. Mövzusuna gəldikdə, Mia məhşur aktrisadır, evlidir və həyat yoldaşı ilə eyni sənətə sahibdir. Son filmlərində isə birlikdə rol alırlar. Buna baxmayaraq aralarındaki soyuqluq keçmək bilmir. Mia Davidin ona olan soyuq davranışlarından bezərək rəfiqəsi Deyzinin yanına gedir və bir müddət özünü hər şeydən kənarlaşdırmağa çalışır. Bu müddət ərzində Mianın Pol ilə tanışlığını və onların yaşadıqları həyəcanverici anları oxuyuruq. Mia və Pol'un münasibətindəki istilik düşünürəm ki, kitabı oxuyan hər kəsə mükəmməl təsir bağışlamışdır. Mənə ən çox təsir edən isə Kyong'un hekayəsi idi. Polun əsla saxtakarlığı bacarmaması və sonda hər şeyi etiraf etməsi mükəmməl idi. "- Bəs indi, hesaba alındı, ya alınmadı? - Alındı."
Qadın & Kişi
Qadın & KişiMarc Levy · Qanun Nəşriyyatı · 2016143 okunma
Reklam
344 syf.
8/10 puan verdi
·
Read in 25 hours
Mənmi əhval-ruhiyyəmlə bağlı həqiqi dünyadan qopmaq istəyirdim deyə mənə bu qədər cəlbedici gəldi yoxsa kitabmı hədsiz axıcı idi bilmirəm amma sadəcə,bunu deyə bilərəm ki, kitabı oxuyanda dəqiqələrin və saatların necə keçdiyinə dair bir fikrim olmadı. Marc Levy əsərlərində diqqətimi çəkən başlıca nüans mənə görə o qədər də dərin mövzulara sahib olmasa da məni içinə çəkməyi bacarmasıdır.
Qadın & Kişi
Qadın & KişiMarc Levy · Qanun Nəşriyyatı · 2016143 okunma
344 syf.
·
Not rated
Bir nəfəsə oxuduğum kitablardan biridir. Mark Levinin oxuduğum zamanlar ən sevdiyim kitabıdır deyə bilərəm. Ancaq bir yaş dövründən sonra o həvəsi ala bilmirsən... 9-10 il əvvəlki düşüncə ilə indiki düşüncən arasında çox fərq var....
Qadın & Kişi
Qadın & KişiMarc Levy · Qanun Nəşriyyatı · 2016143 okunma
344 syf.
10/10 puan verdi
·
Liked
·
Read in 6 days
Mark Levidən oxuduğum ilk kitab idi. Və çox güman ki, ardı-arası kəsilməyəcək, çünki əsəri çox sevdim. Əsər həm güldürdü, həm də təsirləndirdi. Oxumayanlara spoiler vermək istəmirəm. Bir sözlə oxumağa dəyər kitabdır. Tövsiyə edirəm. Əsərdən bir çox nəticə çıxarmaq olar, amma qadın və kişi psixologiyasına, həmçinin qadın-kişi münasibətlərinə əsərdə çox gözəl yer verilib. Əvvəlcə iki yad insanın dostlaşması, daha sonra isə dostluğun sevgiyə çevrilməsi mükəmməl qələmə alınıb
Qadın & Kişi
Qadın & KişiMarc Levy · Qanun Nəşriyyatı · 2016143 okunma
Reklam
344 syf.
6/10 puan verdi
·
Read in 7 days
Marc Levy den oxudugum birinci kitab idi ve basliqda qeyd olundugu kimi romantika ile komediya bir araya getirilmis,eylenceli ve dusundurucu romandi.Qehremanlarin dostlugunun sonu sevgiyle bitir ve buda bir daha qadinla kisinin dostlugunun sonu sevgiyle bitmesinin subutu.Qadinla kisinin dostlugu hec vaxt sona qeder olmur.Tereflerden biri mutleq sevir.Cox az hallarda ola biler bir-birini sevmemeleri.Amma cox vaxt bu beledi,dostlugun sonu sevgiyle bitir.
Qadın & Kişi
Qadın & KişiMarc Levy · Qanun Nəşriyyatı · 2016143 okunma
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.