"Xan" Xatirə Ədəbiyyatı 40. Kitab

Qafqaz Xatirələri

Mehmet Emin Resulzade

Qafqaz Xatirələri Quotes

You can find Qafqaz Xatirələri quotes, Qafqaz Xatirələri book quotes, the most impressive sentences and paragraphs on 1000Kitap.
Millətçilik - bir insan birliyinin öz varlığını müdafiədan başqa bir şey deyildir. Fərdi müdafiə təbii və qanuni olduğu kimi, milli kollektivin də özünü müdafiəsi təbii bir hadisədir.
Sayfa 70 - Xan NəşriyyatıKitabı okudu
Bəli, vətəndaşlar! 28 Mayı yaşadarkən ümumi may günlərini yaşatdığımızı unutmayaq. Bilək ki, sadə təbiətin deyil, tarixin də dünyagörmüş bir mövsümü olan May bizim üçün bir külldür! Yaşasın 28 May! Yaşasın May günləri!
Sayfa 174Kitabı okudu
Reklam
Salon-vaqonda yemək yeyərkən qatarımız qələbəlik bir stansiyada dayandı, bir az burada gözləyəcəkdi. Stalin Məhəmməd Əliyə pərdələri endir dedi. Məhəmməd Əli: -Yoldaş Stalin, nəyə görə? - deyə, soruşdu. -Bayırdakılar masamızı görməsinlər, - dedi. -Görsünlər də, nə olar ki?.. -Qulaq asın, necə yəni "nə olar?", səfalət və məhrumiyyət içində olan xalq bizim bolluq içində olduğumuzu görsə inqilab olar, bilmirsən?!
Nəriman Nərimanov Həştərxana doğru göndərilən neft dolu gəmiləri top atəşi ilə yola salınarkən: "Bu, tarixin yaza bilmədiyi ilk faciədir ki, neft kompassız və hesabsız Rusiyaya göndərilir" - deyirdi. Eyni zamanda, Sovet hökuməti ilə burjua hökumətinin fərqini anladarkən: "o hökumətlərin mədaxil və məxaric dəftəri var, bizim mədaxil dəftərimiz olsa da, məxaric dəftərimiz yoxdur" - deyirdi. Deməli, öz sərvətini qarşılıqsız olaraq dəftərsiz - hesabsız israf edən hökumət Azərbaycan kimi dünyada misli bərabəri olmayan zəngin bir sərvət mənbəyinə malik olan ölkəni elə bir vəziyyətə saldı ki, özündən qat - qat kasıb olan Gürcüstandan da etibarsız hala düşdü. Bakının neft quyularında çalışan fəhlələri öz pulu ilə dolandıran bir hökumət istehsalı tamamilə Rusiyaya versə də, əvəzində Moskva kağız parçası olsa belə nəsə almasa, bazarı qiymət və saxta pullarla doldurur ki, nəticə iflasdan başqa bir şey deyildir.
Sayfa 103 - Xan nəşriyyatıKitabı okudu
Stalin bizə xitabla: – Azərbaycanda azömürlü hökumət qurdunuz, lakin çox dərin bir iz qoydunuz. Bu izlə hələ də mübarizədəyik. Təmsil etdiyiniz ideyanın təsirlərini tamamilə aradan qaldırmaq üçün daha uzun zaman və daha çox işləmək lazımdır. Xüsusilə ziyalılar millətçilik ruhu ilə silahlanmışdır,– dedi.
Heydər xan Əmioğlu
Mənim Bakıya gətirilməyim barədə təklifi eşidən kimi İrandakı məşrutə hərəkatı ilə bağlı dostluğumuz naminə fəallaşmış, başda doktor Nəriman olmaqla Sovet Azərbaycanının bütün nüfuzlu ziyalıları ilə görüşərək, - Məhəmməd Əminin başından bir tük belə əksik olmamalıdır!..- demişdir.
Reklam
30 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.