"Xan" Xatirə Ədəbiyyatı 40. Kitab

Qafqaz Xatirələri

Mehmet Emin Resulzade

En Eski Qafqaz Xatirələri Gönderileri

En Eski Qafqaz Xatirələri kitaplarını, en eski Qafqaz Xatirələri sözleri ve alıntılarını, en eski Qafqaz Xatirələri yazarlarını, en eski Qafqaz Xatirələri yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
Moskva yolunda qatarımız bəzi stansiyalarda dayanırdı. Bu zaman biz bayıra çıxıb, ətrafı seyr edərək, yoxlayırdıq. Bir dəfə Don çayı üzərindəki Rostovdakı böyük şosse yolunu gəzərək Məhəmməd Əlinin zəruri ehtiyacı səbəbindən su tökməyə məhrəm bir yer axtararkən rostovlulardan biri bizə müvəqqəti olaraq Marksın heykəlinin arxasına getməyimizi tövsiyə etmişdi. Əvvəlcə şübhə ilə yanaşdığımız bu təklifdə sonradan heç nə olmadığını görmüş və heykəlin arxa tərəfinə yaxınlaşanda, buranın həqiqətən də natəmiz bir yer olduğuna heyrət etmişdik. Xarkovda gördüyümüz mənzərə isə daha əcaib idi: stansiya ətrafında marksizmin böyük mürşüdi və bolşevik inqilabının ən çox sitayiş olunan ideoloji simvolu Marksın gipsdən yonulmuş böyük büstünün ağacdan olan əsasının yanları Qırmızı ordu əsgərləri tərəfindən natəmiz hala salınmışdır. Bu mənzərə kommunist inqilabı ünsürləri ilə kommunist idealı arasındakı mənəvi rabitə barədə bizə qəti və aydın fikir deyirdi...
Sayfa 86 - Xan nəşriyyatıKitabı okudu
Nəriman Nərimanov Həştərxana doğru göndərilən neft dolu gəmiləri top atəşi ilə yola salınarkən: "Bu, tarixin yaza bilmədiyi ilk faciədir ki, neft kompassız və hesabsız Rusiyaya göndərilir" - deyirdi. Eyni zamanda, Sovet hökuməti ilə burjua hökumətinin fərqini anladarkən: "o hökumətlərin mədaxil və məxaric dəftəri var, bizim mədaxil dəftərimiz olsa da, məxaric dəftərimiz yoxdur" - deyirdi. Deməli, öz sərvətini qarşılıqsız olaraq dəftərsiz - hesabsız israf edən hökumət Azərbaycan kimi dünyada misli bərabəri olmayan zəngin bir sərvət mənbəyinə malik olan ölkəni elə bir vəziyyətə saldı ki, özündən qat - qat kasıb olan Gürcüstandan da etibarsız hala düşdü. Bakının neft quyularında çalışan fəhlələri öz pulu ilə dolandıran bir hökumət istehsalı tamamilə Rusiyaya versə də, əvəzində Moskva kağız parçası olsa belə nəsə almasa, bazarı qiymət və saxta pullarla doldurur ki, nəticə iflasdan başqa bir şey deyildir.
Sayfa 103 - Xan nəşriyyatıKitabı okudu
Reklam
Beləcə, istiqlal mücadiləmizin bu şanlı ildönümündə buradan, vətəndən uzaq mühacirətdən ora, hamımızın azadlığı üçün qanlara qəltan olan canımız diyara ürək yanğısı ilə atəşin salam göndərərkən, bütün məzlumluqlara qatlaşan mücahidlərimizə tutduqları doğru yolda sarsılmadan irəliləmək üçün müvəffəqiyyət arzulayırıq! Bəli, vətəndaşlar! 28 Mayı yaşadarkən ümumi may günlərini yaşatdığımızı unutmayaq. Bilək ki, sadə təbiətin deyil, tarixin də dünyagörmüş bir mövsümü olan May bizim üçün bir külldür! Yaşasın 28 May! Yaşasın May günləri! Varşava, 15.05.1931-ci il Məhəmməd Əmin Rəsulzadə Qafqaz xatirələri
Sayfa 173 - Xan nəşriyyatıKitabı okudu
Üzvlərdən biri bakılı, biri gəncəli, biri isə təbrizli idi. Deməli, "bütün Azərbaycan" bizimlə görüşməyə gəlmişdi.
- Yoldaş Kalinin, Azərbaycanı Azərbaycana birləşdirmək istəmirsinizmi?! - deyə xitab etdi.
Moskvada olduğum iki il ərzində mən şərq millətlərinin, xüsusilə türk ellərinin nicatının yalnız özlərində, özünü bir millət kimi tanımalarından ibarət olduğuna qəti surətdə inandım.
Reklam
31 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.