"Xan" Xatirə Ədəbiyyatı 40. Kitab

Qafqaz Xatirələri

Mehmet Emin Resulzade

Öne Çıkan Qafqaz Xatirələri Gönderileri

Öne Çıkan Qafqaz Xatirələri kitaplarını, öne çıkan Qafqaz Xatirələri sözleri ve alıntılarını, öne çıkan Qafqaz Xatirələri yazarlarını, öne çıkan Qafqaz Xatirələri yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
192 syf.
·
Puan vermedi
·
Beğendi
·
94 günde okudu
Bir Düşünün...
İl 1920... Zamanının siyasi dahilərindən biri, Bir ölkə yaratmış, Milli dəyərləri hər şeyin üstündə olan bir Azərbaycan türkü, Əsas mübarizəsi Rus müstəmləkəliyinə, cəhalətə və milli haqsızlıqlara olan biri, və onun üçün moskva Azərbaycandan daha təhlükəsiz qəbul edilir
Qafqaz Xatirələri
Qafqaz XatirələriMehmet Emin Resulzade · Xan Nəşriyyatı · 201944 okunma
Beləcə, istiqlal mücadiləmizin bu şanlı ildönümündə buradan, vətəndən uzaq mühacirətdən ora, hamımızın azadlığı üçün qanlara qəltan olan canımız diyara ürək yanğısı ilə atəşin salam göndərərkən, bütün məzlumluqlara qatlaşan mücahidlərimizə tutduqları doğru yolda sarsılmadan irəliləmək üçün müvəffəqiyyət arzulayırıq! Bəli, vətəndaşlar! 28 Mayı yaşadarkən ümumi may günlərini yaşatdığımızı unutmayaq. Bilək ki, sadə təbiətin deyil, tarixin də dünyagörmüş bir mövsümü olan May bizim üçün bir külldür! Yaşasın 28 May! Yaşasın May günləri! Varşava, 15.05.1931-ci il Məhəmməd Əmin Rəsulzadə Qafqaz xatirələri
Sayfa 173 - Xan nəşriyyatıKitabı okudu
Reklam
Xalq görsə inqilab olar
Salon-vaqonda yemək yeyərkən qatarımız qələbəlik bir stansiyada dayandı, bir az burada gözləyəcəkdi. Stalin Məhəmməd Əliyə pərdələri endir dedi. Məhəmməd Əli: -Yoldaş Stalin, nəyə görə? - deyə, soruşdu. -Bayırdakılar masamızı görməsinlər, - dedi. -Görsünlər də, nə olar ki?.. -Qulaq asın, necə yəni "nə olar?", səfalət və məhrumiyyət içində olan xalq bizim bolluq içində olduğumuzu görsə inqilab olar, bilmirsən?!
Qafqazın sovetləşdirilməsi tarixi, milli düşüncə və gənc qafqazlıların düçar olduqları dözülməz əzab və əziyyətlər tarixidir.
Abbasqulu Kazımzadə
Yadınızdadır, Stalinin mənə verdiyi sözə görə, Abbasqulu Moskvaya bizimlə bərabər gələcəkdi. Son anadək ona bu "şərəfi" vermək istəmədilər. Yerli kommunistlərin ona qarşı xüsusi bir nifrəti var idi. İdeoloji mübarizə illərində onların,planlarını ən,çox pozan, məğlubiyyətə uğradan o olduğundan onu incitmək və hər cür həqarətlə "alçaltmaq" istəyirdilər. Abbasqulunu Moskvaya canilərə məxsus adi sürgün eşolonunda göndərmişdilər. Həbsxanadan-həbsxanaya keçə-keçə o , nəhayət, Moskvanın Lubyanka deyilən meydanındakı məşhur Batırka zindanına salınmışdı. Bir müddət burda da "staj" keçdikdən sonra onu küçəyə atmışdılar.
Həbsxanada Stalinlə üz-üzə
-Şəxsi işlərinizi gördüm, vəziyyətiniz çox pisdir, - dedi. Bir anlıq gözlərinin içinə baxdım. - "Müsavat" partiyasına mənsub olmaq töhmətilə işçilərin kütləvi şəkildə güllələndiyi bir yerdə bu firqənin lideri qalaraq vəziyyətin yaxşı olacağını düşünəcək qədər də sadə deyiləm.Lakin bu pisliyin sənəddən çıxdığına inanmıram, çünki vəziyyətimin pisliyini isbat edəcək bir sənəddən xəbərim yoxdur.
Reklam
31 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.