Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Qan Ləkəsi

Elxan Elatlı

Yorumlar ve İncelemeler

Tümünü Gör
700 syf.
9/10 puan verdi
·
32 günde okudu
Elxan Elatlıdan nöbəti oxuduğum kitab “Qan ləkəsi” oldu. İlk olaraq kitabda baş verən hadisə haqqında bəhs edəcəm. Əsərdə baş verən hadisə “Bakıda məşhur iş adamının erməni əsilli arvadından olan oğlu binamusluq üstə öldürülür. Əsl qatilin əvəzinə səhvən başqası həbs edilir. Lakin iş adamı oğlunun qatilinin adını öz əlaltıları vasitəsilə tezliklə öyrənir və onun bütün ailəsini məhv etmək üçün Moskvada yaşayan qaynını – Kobra ləqəbli qaniçən erməni killeri Azərbaycana çağırmasıyla” başlayır. Kitabda çox obraz var. Və buna görə qeydlər götürmək daha uyğundur. Kitab həqiqətən çoox axıcı idi. Lakin bəzi yerlər uzadılıb deyə düşünürəm. Bəli Leopard obrazını sevirəm. Amma bəzi səhnələri özəlliklə də Cəhalə ilə olan münasibətini sevmədim… Məncə olmasa da olardı. Ümid edirəm bundan sonra oxuduğum kitablarda Leopard belə olmasın. Məncə Cəhalə və üstəlik Məltəm obrazı çoox şişirdilmişdi. Cəhalənin düşüncələrini və hərəkətlərini sevmədim. Kitabda elə yazılmışdı ki, sanki Cəhalə nə edirsə düzdür… və Məltəmə gəlsək kitabın hansı hissəsin oxusanız ancaq gördüyünüz “çoox gözəldir, məsumdur… və s.” bu ifadələri hər səhifədə görmək şəxsən kitaba qarşı göz devirməmə səbəb oldu. Yəni təbii ki, bunlar Mənim səxsi öz düşüncələrimdir. Qısaca kitab yaxşı yazılmışdı, oxumağa dəyər. Sevmədiyim hissələri çıxmaq şərtiylə. Məndən bu qədər Xoş mütaliələr.
Qan Ləkəsi
Qan LəkəsiElxan Elatlı · Press Nəşriyyat · 2020686 okunma
Reklam
700 syf.
10/10 puan verdi
·
Beğendi
·
1 saatte okudu
Elxan Elatlının sadəcə 3 kitabını oxumamışam. Bütün kitablarını çox istəkli oxuyuram. Həçəng ki, Detektivi arxa plana salır, amma çox sevərək oxuduğum əsərlərin müəllifidir. "Qan ləkəsi"... Məncə artıq şərhə ehtiyac yoxdur. Oxuyun...
Qan Ləkəsi
Qan LəkəsiElxan Elatlı · Press Nəşriyyat · 2020686 okunma
·
Puan vermedi
Həyatımda bəlkə də, ilk dəfədir ki, bir kitabı yarım buraxdım. Elxan Elatlının bir çox kitabını oxumuşam. Bəzilərini sevsəm də, sevmədiyim kitabları da olmuşdu. Çoxu kitabında cinsəllik çox ön plana çəkilir. Bəlkə də bunu tənqid edir, amma hər kitabında cinsəlliyə dair səhnələrin olması narahat edici olmağa başlayır. Məncə bir kitab içində cinsəllik mövzusu keçmədən də yazıla bilər. Kitablarında qadınlar fahişə obrazlarında və ya onlar haqqında fahişə imiş kimi danışan “kişi” obrazları da göstərilir. Qadınlar və ya kişilər xəyanətə uğrayır. Bəlkə Elxan Elatlının 1-2 kitabını oxuyub sevə bilərsiniz. Çünki başda mən də sevirdim. Demək olar ki, kitablarının çoxunda bu mövzunu hər dəfə gördüyüm üçün artıq Elxan Elatlı oxumaq mənə çox adi gəlir. Kitab sizin üçün çox maraqlı bir mövzuda yazılmış ola bilər. Bəlkə də, həqiqətən də, maraqlı bir mövzudadır. Lakin mən kitabın əvvəllərində yenə qadını cinsi ehtirasını qarşılamaq üçün varlıq kimi görən məxluqları gördüyümə görə bu kitabı oxumaqdan imtina edirəm.
Qan Ləkəsi
Qan LəkəsiElxan Elatlı · Press Nəşriyyat · 2020686 okunma
·
Puan vermedi
Yazardan oxumağa çalışdığım ilk kitab idi. Uzun müddət idi ki, bunu oxuyurdum və bu gün yarım buraxdım. Hadisələr çox qarışıq idi, həmçinin obrazlar da və məni dəhşət yordu bu kitab. Bundan əlavə, yazarın dili həddindən artıq çox sadə idi, akademik dildə yazılmamışdı. Kitabın mövzusu da ancaq şiddət, zorakılıq, təcavüz, namus, qətl idi. Nədənsə kitabı oxuyarkən məndə belə bir təəssürat yarandı ki, elə bil Azərbaycanın televiziya kanallarında göstərilən hansısa yerli serialı izləyirəm :D Bəlkə də yazarın yanlış kitabı ilə başlamışam oxumağa.
Qan Ləkəsi
Qan LəkəsiElxan Elatlı · Press Nəşriyyat · 2020686 okunma
Reklam
672 syf.
10/10 puan verdi
·
Beğendi
·
29 günde okudu
Qan Ləkəsi'nin incələməsini bir də mənim qələmimdən oxuyun
Bəli, daha bir Elxan Elatlı yaradıcılığının sonuna gəldik.. Həqiqətəndə mənim istər Yaradıcılıq həyatımda, istərsə də kitab oxuma həyatımda ən mühüm yerlərdən biri məhz
Elxan Elatlı
Elxan Elatlı
ya məxsusdur. Elxan Elatlını ilk olaraq 3il bundan əvvəl
Xəyanət
Xəyanət
kitabı ilə tanıdım. Bu ilin avqust ayında
Xəstə ruhlar
Xəstə ruhlar
kitabını bitirdim. İndi isə haqqında heç bir təsəvvürüm olmayan
Qan Ləkəsi
Qan Ləkəsi
kitabını yekunlaşdırdım. Mən kitablarda ən çox hansısa obrazı mənimsəyib, baş verən hadisələrə onun gözündən baxmağı üstün tuturam. Bu əsərdə də Ələmdar Məlikov{Alik, Leopard} obrazı məni ovsunladı və hadisələrə onun gözü ilə baxmağa başladım. Həqiqətəndə ilk başlarda hadisənin necə baş verdiyini, kim kimi öldürdü, kim cəzalandı, kim qatildir və s.kimi sullara cavab verə bilmirdim. Amma Dördbarmaq Ağaşamilin övladlarının hüzr mərasimi keçiriləndə artıq müəyyən şeyləri aşkara çıxartdım. Qəliz idi.. Elxan Elatlı bu hadisəni böyük ehtimal 2 il düzüb-qoşub. Çünki, həqiqətən də bu o qədər də asan cinayət hadisəsi deyildi. Əsərdən spoiler vermək istəmirəm çoxda. Amma, onu əminliklə deyim ki, oxumağa dəyər. Kitabı bitirməyimdə mənə çox böyük motivasiya verən
Kitabsever
Kitabsever
' xanıma təşəkkürlərimi bildirirəm. Hər həsə xoş mütailələr
Qan Ləkəsi
Qan LəkəsiElxan Elatlı · Qanun Nəşriyyatı · 2015686 okunma
672 syf.
10/10 puan verdi
·
Beğendi
Elxan Elatlinin en Sah eseri.bir nefese oxunacaq kitab.Qan lekesi edebiyatimizda milli birliyi teblig eden en guclu eserdir.Boyuk dovletler bir daha anlamisdilar ki ,turklerle uzbeuz vurusub onlari meglub etmek mumkun deyil.
Qan Ləkəsi
Qan LəkəsiElxan Elatlı · Qanun Nəşriyyatı · 2015686 okunma
672 syf.
9/10 puan verdi
·
Beğendi
·
1 saatte okudu
Xocalı faciəsi, əsirlərin başına gələnlər haqqında eşitmişdim. Sübutları da var. (Mövzum o deyil). Yaşananların ağrı-acısını isə " Qan ləkəsi " və " Cəhənnəmdən gələn səs " kitablarını oxuduqdan sonra daha dərindən anladım. Kitabı 3 günə bitirdim (qalın olmağına baxmayaraq). Ancaq kitabın tən yarısına qədər adların hansının hansı ailəyə və kimə məxsus olduğunu anlamağa çalışdım. Məncə, hər kəsin oxumalı olduğu kitabdır.
Qan Ləkəsi
Qan LəkəsiElxan Elatlı · Qanun Nəşriyyatı · 2015686 okunma
596 syf.
9/10 puan verdi
Kitab gözəl zövq və incəliklə yazılması təqdirə layiqdir. Yalnız yazıçının Məltəm adlı qadını bağışlayıb öz həyatını əvvəlki kimi yaşamasına icazə verməsi xoşuma gəlmədi. Əslində məndə kitab yazıram və belə personaj mənim kitabımda yer alsaydı onu ən ağır şəkildə cəzalandırardım. Cinsindən aslı olmayaraq xəyanəti heç kimə keçməzdim.
Qan Ləkəsi
Qan LəkəsiElxan Elatlı · Elgün Nəşriyyatı  · 2014686 okunma
Reklam
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.