Quba soyqırımının ilk tədqiqatçısı olan Müzəffər Məlikməmmədov erməni daşnaklarının və bolşeviklərin 1918-ci ildə Quba qəzasında törətdikləri qırğınlarla əlaqədar olaraq 40 ildən çox axtarışlar aparıb. Onun 2009-cu ildə işıq üzü görmüş “Qanlı dərə. 1918-ci il Quba faciəsi” kitabının birinci nəşri nəinki respublikamızda, həm də onun hüdudlarından kənarda geniş əks-səda doğurub. 2015-ci ilin mart ayında İsveçrənin Azərbaycanlılar Konqresinin 1918-ci ilin soyqırımı ilə bağlı bu ölkənin siyasi partiyalarının liderləri və İsveçrə parlamentinin üzvləri ilə birgə keçirdiyi tədbirdə digər sənədlər və kitablarla yanaşı “Qanlı dərə. 1918-ci il Quba faciəsi” kitabı da erməni daşnaklarının törətdikləri vəhşilikləri tutarlı faktlarla sübuta yetirən mənbə kimi təqdim olunub.