Üçlüyün çöküşündən artıq beş il keçib. Günəş döyüşçüsünün gəlişilə bütün təhlükənin geridə qaldığını düşünsələr də əslində müharibə hələ təzə başlayırdı. Bir neçə ay davam edən qarışıqlığın qarşısını vaxtında alan Elion, indi daha böyük bir təhlükə ilə üz-üzə dayanmışdı. Və bunun öhtəsindən gəlmək üçün təlimi hələ davam edən Günəş döyüşçüsünün köməyinə ehtiyacı vardı. Eçsonun və beş il əvvəlki düşmənlərinin oğlu olan Ulrenin köməyinə.