Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Qarlı Aşırım

Fərman Kərimzadə

Sözler ve Alıntılar

Tümünü Gör
"İnsan əyri yola düşə bilər. Onu başa salmaq, düz yola qaytarmaq lazımdır. Birdən-birə qılıncı boynuna qoymağa nə var ki..."
Sayfa 5 - Kitab KlubuKitabı okuyor
"Canavar balasını saxlayıb qoyun südü ilə bəsləmək, ona quzu xasiyyəti verməyə çalışmaq əbəsdir. Canavardı, böyüyəndə südünü əmdiyi qoyunu parçalayacaq."
Sayfa 105 - Kitab klubuKitabı okudu
Reklam
"Başınıza bir bəla gələndə hərəniz tərs öküz kimi bir yana çəkilməyin. Sabah o müsibət sizlərdən birinin başına gələ bilər. Bir-birinizin qədrini bilin".
Sayfa 348 - Kitab klubuKitabı okudu
"Gərək qohumluğu qanla axtarmayalar;fikirləri, ürəkləri uyğun gələn adamları qohum hesab eləyələr".
Sayfa 111 - Kitab klubuKitabı okudu
"-Allaha inamırsan da! -İnanmıram! -Niyə? -Mənim yaşımdan anam əllərini Allaha qaldırıb yalvarır, xoş gün istəyirdi. Heç bir şey çıxmadı. -Bəs bu ağ gün necə gəldi? -Hanı ağ gün? Hə, indini deyirsən? Onu özümüz gətirdik".
Sayfa 175 - Kitab klubuKitabı okudu
...fikirləşdi ki, elə hər şey belədir. Əvvəl ürək də yumşaq olur, çətinliyə rast gələndən sonra bərkiyir.
Sayfa 38 - Kitab KlubuKitabı okuyor
Reklam
"Quşlar yazıq məxluqdu. Xüsusən də gözəl quşlar. Şöhrətləri də böyükdür bəlaları da. Hamı kəklik, qırqovul əti yemək istəyir. Sərçə heç kimin yadına düşmür."
Sayfa 38 - Kitab klubuKitabı okudu
100 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.