Kitabxanadan metroya qədər olan bütün yolu çantamı sinəmə sıxıb, bacardığım qədər özümü gizlətməyə çalışaraq qaçmışdım. Nəyə görəsə bu mənə gülməli gəlirdi - yağışa düşməkdə güldürücü nəsə var idi - Qreys İnn küçəsindən yuxarı tərəfinə çatanda o qədər gülmüşdüm ki, nəfəsim daralmışdı. Axırıncı dəfə, haçan bu qədər güldüyüm yadımda deyil.