Bədii yaradıcılığı həyatının mənası sayan tanınmış yazıçı Əlisəfa Azayev «Qəddarlıq» romanını da dedektiv janrında qələmə alıb. Lakin həssas oxucu bu əsəri oxuyarkən yaxın keçmişimizdə baş verən hadisələrlə, Sovet hakimiyyətinin son illərinin real mənzərələri ilə qarşılaşacaqdır. Romanda təsvir olunan zamanı bugünkü yaşlı və orta nəsil görmüş, yaşamış, bu və ya digər dərəcədə hadisələrin iştirakçısı olmuş, o dövrdəki sosial ədalətsizliklərin, yalanların, haqsızlıqların, qəddarlıqların şahidi olmuşlar. Müəllif bu romanı ilə bizi yaşanmış keçmişi bir daha təhlil edib qiymətləndirməyə, tarixi keçmişdən ibrət dərsi götürməyə səsləyir!