Qılınc və Qələm

Məmməd Səid Ordubadi

Qılınc və Qələm Gönderileri

Qılınc və Qələm kitaplarını, Qılınc və Qələm sözleri ve alıntılarını, Qılınc və Qələm yazarlarını, Qılınc və Qələm yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
:)
- Haman o, «bir də» dediyin sözün kölgəsində gizlənən ada and içə bilərsənmi? - And içə bilərəm. - Bacina xəbər verməyəcəyin üçün haman ada and içsən, mən də sənin bilmədiyin və mənim də sındıra bilməyəcəyim kamanın nə kimi bir kaman olduğunu sənə deyə bilərəm. - Sizin canınıza and içirəm ki, mən bacıma xəbər verməyəcəyəm. Indi deyin görüm, o qüvvətli qolların gücü düşməyən hansı bir kamandır? Vəliəhd bir az düşünərək: - Gözəl Təliə, dünyada bu qolların qüvvəti çatmayacaq bir kaman varsa, o da sənin qövsi bir kamana bənzəyən qaşlarındır, - dedi.
Qılıncın iti olmalıdır, lakin ehsan verdiyin dirhəmlərin şəfəqi qılıncların şəfəqindən də parlaq olmalıdır.
Reklam
Çeşmələrin keçdiyi yollar təmizlənməzsə, torpağın bəbəyindən sərin sular doğa bilməz.
Dünyada kişi üçün ən həqiqi libas doğruluqdan ibarətdir. İnsanın, tərəzinin gözləri kimi bərabər və düz olması kifayət deyil, qəlbin doğruluğunu tərəziyə qoymaq lazımdır.
Bir çox hökmdarlar vardır ki, onlar məmləkətin düşmənləri ilə mübarizə aparırlar, lakin ağlın düşməni ilə dostluq edirlər.
Milli sima
Rəiyyətinə o qədər adil və mehriban olmalısan ki, ətrafında casus, xəfiyyə və ya xəbərçilər saxlamağa ehtiyac qalmasın. Xalqın milli simasını dəyişdirə biləcək hər bir təşəbbüsə qarşı amansız mübarizə aparmalısan.
Reklam
233 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.