Dartanyanlar kitab klubu yanvar ayında müzakirə üçün "Qiraətçi"ni seçməsəydi, bəlkə də uzun müddət bu kitaba diqqət yetirməzdim.
Başlanğıcda mənim üçün quru psixoanalitik təhlillər apardığım maraqlı hekayə, göz yaşlarına boğulmağım ilə sonlandı. Yazar heç kimi günahlandırmadan və ya haqq vermədən, zərər vuranı da, zərər çəkəni də
Həyatımızın layları elə üst-üstə yığılır ki, sonradan yaşadıqlarımızı əvvəlkilərləmüqayisə edirik dayanmadan. Həll olunub bir tərəfə qoyduğumuz yaşantılar olaraq deyil, aktual və canlı təcrübələr kimi xatırlayırıq.
Həyatdakı bütün gecikmələrə və xərclənmiş talelərə kədərlənirdim. "Düzgün vaxt əldən çıxıbsa, əgər insan hər şeyi özündən bu qədər müddət əsirgəmişsə, bir şey ondan bu qədər vaxt əsirgənmişsə, böyük bir güclə başlasa və coşquyla dəstəklənsə də, artıq gecikib", - deyə düşündüm. Yoxsa "çox gec" olmur heç vaxt və yalnız "gec" olur? Bir şeyin gec olması hər şeyə rəğmən heç olmamasından yaxşıdırmı? Bilmirdim.