Kitabda bir qadının ümumiləşdirilmiş obrazı təsvir edilir. Onun həyat tərzi, hissləri, emosiyaları, fərqli situasiyalara baxışı və yanaşması, müxtəlif vəziyyətlərdə davranış tərzi, arzuları, duyğuları, xəyalları, cəmiyyətdə rastlaşdığı çətinliklər, onları həll etmə formaları və s. obrazlı şəkildə təqdim olunur. Eyni zamanda kişinin qadına münasibəti, sevgisi, gözləntiləri, hissləri geniş şəkildə əksini tapıb.
Elə bir zaman keçər ki, bütün zamanını ona qurban edərsən. Hər şeydən qaçarkən ilişərsən ona, hansı ki, həmişə uzaq olmusan, həmişə uzaq gəzmisən, Qızım…
Sonra bir zamandan başqa bir zamana atlamaq çətin olar sənə… Amma nə asan gəlmişdi o zaman. Nə asan da getdi deyərsən…
Bəlkə də bunun adı yoxdu, amma anlamımda bir şey var ki, bu zamanın həyatında çox gözəl və önəmli xatirəsi olacaq… Belə zamanlar çox olmayacaq, çox olmadığı üçün də zamanın az olacaq…