Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Sözler ve Alıntılar

Tümünü Gör
- ...yaradılışda ən əzəli qüvvə eşqdir. Eros allahların ən qədimi,ən gənci və ən parlağıdır. Zevs haqqı, Zevsdən daha yüksəkdir. -...lakin eşq nədir? Eşq ruhun zəruri və təbii xəstəliyi deyilmi? ...eşqə xəstəlik demək doğru olmaz. Çünki eşq ölməz, daimi canlı bir qüvvədir. Lakin eşq iki qisimdir: biri göylərdı Afrodit qəlbində bəslənən, o biri isə yerdə avam arasında dolaşan eşqdir. Göy eşqi heç bir məqsəd təqib etməz və yüksəkdir. Bu, bir cinsin eyni cinsə qarşı bəslədiyi hissdən ibarətdir: kişinin kişiyə, qadının qadına. Adi eşq, yəni avam eşqi övlad törətməyin müqəddiməsidir. -...eşq eyni cinslərin deyil, başqa cinslərin züriyyət törətmək məqsədi ilə bir-birinə isnişməyindən ibarətdir....erkəyin dişiyə, dişinin erkəyə qarşı bəslədiyi arzu əvvəllər xəstə bir hal törədir. Məqsəd uzaqlaşarsa, bu xəstəlik dərinləşir. Nəhayət, cismi ehtiyac dəf olunduqdan sonra xəstəlik də yox olur. Bir cinsin eyni cinsə qarşı bəslədiyi ehtiras təbiətə qarşı üsyan etməkdən başqa bir şey deyildir!...
Zövqsüz bir ruha malik isə zahiri gözəlliyi heç deməkdir, çünki zahir batinin təzahüründən ibarət olmalı. Bu iki amil biri digərindən ayrılaraq mühakimə edilməz. Cismani gözəlliyə bir ruhani hüsn də əlavə olunarsa, tam bir ahəng vücuda gələr.
Reklam
- Şair, еşq nədir? - Еşq - varlıq çеşməsinin müsəlsəl axını, еşq - əbədiyyətin təməl daşı...
Eşq sönmüş də olsa onu alovlandırmağa çalış. Çünki insanın xəyali olmazsa, həyat məhsulsuz bir səhraya dönər.
Səadət şəxsi "mən"dən, şəxsi təmayüldən, şəxsi arzudan əl çəkərək ümumi "mən"liyə, ümumi təmayülə və ümumi arzuya xidmət etmək deməkdir.
Yaşamaq özü-özlüyündə bir məqsəddir. Yaşamaq yalnız yaşamaq üçündür. Başqa məqsəd təqib etməz.
Reklam
- Atanın yеrində оturmağa layiq оlduğunu isbat еtdin! - dеdim. - Taxta dеyil, еşqinə layiq оlmaq istərdim. Cavab оlaraq bütün qüvvətimlə Ərdicanı bağrıma basdım..
100 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.