Qələmsiz Yazılanlar

Reşad Mecid
Şair-publisist Rəşad Məcidin “Qələmsiz yazılanlar” silsilə­sində müasir dövrün yaratdığı yeni janrda əsərləri cəmləşib. Çağdaş, dinamik zamanın diktə etdiyi sürətli, lakonik, amma məna yükü dərin, bəzən ağır olan “Status-esselər” müəllifin çoxillik təcrübəsinin, müşahidələrinin, gündəmə iti, bir az ironik, bir az da yumoristik reaksiyasının əksidir. On ildən çox zaman kəsiyini əhatə edən və müəllifin bu müddətdə sosial şəbəkələrdə yazdığı statuslar son dərəcə maraqla oxunur. Bu statuslarda şair Rəşad Məcidin poetik misraları da yer alıb, ictimai həyatla sıx təmasda olan, gündəmi izləyən və müəyyən mənada özü gündəm yaradan baş redaktor Rəşad Məcidin hadisələrə operativ münasibəti də... Eyni zamanda, aforizm səviyyəsində qəbul edilən fikirlər də bu silsilənin daha bir uğurudur. “Qələmsiz yazılanlar” həm bütöv bir xarakteri ifadə edən bitkin bioqrafik əsərdir, həm də on illik müddətdə ölkə gündəmindən keçən hadisələrin xronikası. Silsilənin ikinci hissəsi olan “Sms-esselər” bölümü isə böyük bir sevgi etirafı, yaxud ən doğma adamla dərdləşmə kimi qavranır. “Sms-esselər”i yazılmamış bir romanın eskizləri də adlandırmaq olar, real insan həyatının qopuqları, parçaları da. İnsan ovqatının təzadlı məqamları – xoş­bəxtlik, səadət, küskünlük, inciklik... “Sms-esselər”in ruhuna hopub. Bir sözlə, “Qələmsiz yazılanlar” birnəfəsə oxunur, amma hər cümlə, hər fikir xeyli düşündürür – qələm olmayan zamandan bu günə kimi bütöv insanlıq tarixi haqqında düşündürür...
Author:
Reşad Mecid
Reşad Mecid
Estimated Reading Time: 9 hrs. 4 min.Page Number: 320Publication Date: 2023First Publication Date: October 2019Publisher: Qanun Nəşriyyatı
ISBN: 9789952367041Country: AzerbaijanLanguage: Azerice

Comments and Reviews

See All
Henüz kayıt yok
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.