Qorxudan Daha Güçlü Hiss

Marc Levy

Yorumlar ve İncelemeler

Tümünü Gör
348 syf.
10/10 puan verdi
·
4 günde okudu
Sizcə,qorxu güclüdür yoxsa cəsarət
Marc Levy'dən oxuduğum ilk kitab idi.Bu kitabı haqqında eşitməmişdim.Ama istər mövzüsü,istər obrazları dəyərləndirmədə 10 verməyimə səbəb oldu.Ümumiyyətlə,dedektiv mövzülü roman yazmaq,məncə,xüsusi istedad tələb edir. Kitabın mövzusu mənim üçün fərqli deyildi ,əslində:axtarılan bir sirr.Ama seçilən məkanlar və axtarılan o sirr kitabı fərqli edən cəhətləri idi.Bir hissəsi Arktikada keçən buzlu bir roman necə maraqsız ola bilər?! Kimlərinsə mənafeyi və maddiyyat uğruna gedən qurbanlar və açılmağına icazə verilməyən sənədlər... Həqiqətən kitabı oxuyarkən bəzi məlumatların və sənədlərin üstündən illər keçməsinə baxmayaraq,bilindiyi halda necə dəyişikliklərə,sensasiya səbəb ola biləcəyini təsəvvür etdim. Kitabın sonu baxışına görə kimisə məyus,kimisə məmnun edə bilər.Ama ən azından öz adımdan deyirəm,mən nələrsə öyrəndim. Və həyatda unutmayacağım bir reallığı mənə aşıladı. •Cəsarət qorxudan daha güclü bir hissdir.
Qorxudan Daha Güçlü Hiss
Qorxudan Daha Güçlü HissMarc Levy · Qanun Nəşriyyatı · 2017254 okunma
Reklam
348 syf.
8/10 puan verdi
Mark Levi-"Qorxudan daha güclü hiss" Mark Levi qələmini çox bəyəndiyim yazarlardandır.Yazardan oxuduğum IV kitab oldu."Bir-birimizə demədiyimiz sözlər","Hardasan?","Yenidən başlamaq mümkün olsaydi" və sonuncu "Qorxudan daha güclü hiss" Kitab "Yenidən başlamaq mümkün olsaydı" romanının davamı idi.Düzünü desəm hər iki kitabıda bəyəndim amma 2-ci kitabın sonunu sevmədim. Mövzusu "Yendidən başlamaq mümkün olsaydı kitabının sonunun davamı ilə başlayır,yəni Stilman bıcaqlandığı üçün komaya düşür və uzun müddətdən sonra isə oyanır.Lakin içkiyə qurşanır,işi ilə maraqlanmır.Bir gün kitabxanada bir xanımla-Suzi Bakerlə qarşılaşır.Suzı gizli sənədləri araşdirmaqdadır.Nənəsini vətənə xəyanət ediyi üçün öldürülüb və vətənxaini adını veriblər.Suzi isə buna inanmamaqdadır.Və jurnalist Stilmanla birləşərək sirri ortaya çıxarmağa çalırlar.Başlarına gəlməyən qalmasada bunu öhtəsindən gəlməyə çalışırlar.Kitab həddən çox axıcı və həyəcanlı idi.Amma sonunu yenə deyirəm bəyənmədim.300 səhifə oxu sonra son ürəyincə olmasın. Səhifə sayı:345
Qorxudan Daha Güçlü Hiss
Qorxudan Daha Güçlü HissMarc Levy · Qanun Nəşriyyatı · 2017254 okunma
348 syf.
10/10 puan verdi
·
29 saatte okudu
Yazıçı kitabda qorxudan daha güclü hissin cəsarət olduğunu qeyd edib . Bəlkə də, bu kitabın mövzusu ilə əlaqəli olduğu üçün belədir. Çünki kitabdaki obraz , yəni Suzi Baker bizə qorxudan daha çox cəsarət hissini aşıladı . Ancaq, mənim fikrimcə , yaşadığımız həyatda bütün hisslərdən daha güclüsü maraqdır ki, o bizi yaşama bağlayır . Özümdən misal gətirə bilərəm ki, bu həyatı maraq hissimin güclü olduğu üçün yaşıyıram. Sizin fikriniz də mənim üçün maraqlıdır, sizcə qorxudan daha güclü hiss var mı?
Qorxudan Daha Güçlü Hiss
Qorxudan Daha Güçlü HissMarc Levy · Qanun Nəşriyyatı · 2017254 okunma
Reklam
Reklam
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.