Dünya şöhrətli yazıçı Çingiz Abdullayevin bu əsəri ən məşhur almazlardan birinin müasir günlərimizdəki macəralarından bəhs edir. Bu sayaq məşhuri-cahan ləl-cavahiratın hər biri arxasınca uzun, qanlı bir iz qoyub gəlmiş və mənsub olduğu şəxslərə daim müşküllər yaratmışdır. Tanınmış ekspert-kriminalist Dronqo Quba yəhudisi, zərgər Semyon İzmaylova məxsus olub itmiş "Şah Abbas" almazının axtarışlarına çıxarkən qətl hadisələrini də açmaq məcburiyyətində qalır.