Fyodor Mixayloviç Dostoyevski (11 noyabr 1821-9fevral 1881)-rus yazıçı, dünya ədəbiyyatının ən böyük yazıçılarından biri. Dostoyevskinin ilk romanı Bədbəxt insanlar 1846-cı ildə nümayiş olundu. Bu əsərinin ardından yazdığı kitablarla gözlədivi müvəffəqiyyətə çata bilməyən Dostoyevskinin ümidi qırıldı və siyasətlə maraqlanmağa başladı. 1849-cu ildə dövlət əleyhindəki bir sui-qəsdə qarışdığı iddiası ilə həbs olundu. 1859-cu ildə azad edildi və Peterburqda yaşamağa başladı. Peterburqa döndükdən sonra Alçaldılmış və təhqir olunmuşlar (1861) və Ölülər evindən qeydlər (1862) adlı əsərləri yazdı. Qardaşıyla birlikdə iki jurnal çıxardı. 1862-ci ildə arzuladığı Avropa səyahətini reallaşdırdı. Xəstəliyi və qumar asılılığı ucbatından maddi baxımdan çətinliyə düşdü. Bu dövrdə Gizlindən qeydlər (1864), Cinayət və cəza (1866), Qumarbaz (1866), İdiot (1868), Əbədi ər (1870) və Cinlər (1872) kimi əsərləri yazdı. Yeniyetmə (1875), Bir yazıçının gündəliyi (1876) və Karamazov qardaşları (1880) adlı əsərlərində yazıçılıq həyatı boyunca yazdığı mövzuları yenidən ələ aldı. Karamazovqardaşları adlı əsərini iki ildə bitirən Dostoyevski, bir ciyər qanamasıyla yatağa düşdü və 28 yanvar 1881-ci ildə vəfat etdi.
Author:
Fyodor Dostoyevski
Fyodor Dostoyevski
Translator:
Nəriman Əbdülrəhmanlı
Nəriman Əbdülrəhmanlı
Estimated Reading Time: 4 hrs. 58 min.Page Number: 175Publication Date: 2018First Publication Date: 1866Publisher: Qanun Nəşriyyatı, Əli və Nino Nəşriyyatı
ISBN: 9789952264234Country: AzerbaijanLanguage: AzericeFormat: Karton kapak

Comments and Reviews

See All
175 syf.
8/10 puan verdi
·
Read in 4 days
Fyodor Dostoyevskinin "Qumarbaz"ı, insanın iç dünyasının qarışıqlığını, içində yanıb tutuşan arzuların gücünü və cəmiyyətin basqısı altında yaşanan çarəsizliyi ustadlıqla işləyən bir əsərdir. Roman, qumarbaz Aleksey İvanoviçin gözündən müasir cəmiyyətin sərt portretini yaradır və eyni zamanda insanın varoluşsal çətinliklərini də dərinliklə müzakirə edir. Romanın bir çox qatmanı var, yalnızca qumar dünyasına münasibət bildirməklə qalmır, eyni zamanda insanın arzuları ilə məntiqi arasındakı çətinliyə də toxunur. Alekseyin qumara olan zaafı, onun həm maddi həm də mənəvi çöküşünü sürətləndirir. “Qumarbaz”, sadəcə bir qumarbazın hekayəsi deyil, eyni zamanda insan təbiətinin qarışıqlığını və zəifliklərini də incəliklə bizə göstərən bir səyahətdir.
Qumarbaz
QumarbazFyodor Dostoyevski · Qanun Nəşriyyatı, Əli və Nino Nəşriyyatı · 201869.1k okunma
Reklam
175 syf.
9/10 puan verdi
Dostoyevski bu kitabı yazarkən qumarı pisləyibmi yoxsa tərifləyibmi heç vaxt anlaya bilməyəcəyik. Kitab yazılarkən qumar hisslərinin gür olduğu nəzərə çarpılır. Yenə də mənim üçün mütləq oxunmalı kitablar arasındadır.
Qumarbaz
QumarbazFyodor Dostoyevski · Qanun Nəşriyyatı, Əli və Nino Nəşriyyatı · 201869.1k okunma
175 syf.
9/10 puan verdi
·
Liked
·
Read in 40 days
Fyodor Dostoyevski
Yazılarla hadisələri, mühiti və çevrəni, obrazlardaki hiss və həyəcanı, sevgini və nifrəti, erotikanı və şəhvəti bütün bunları oxucusuna yaşatmağı həqiqətən bacarır Fyodor Mihayloviç Dostoyevski. Əsər ümumi olaraq axıcı və anlaşılandır.İlk başlarda obrazlar bir qədər qarışıqlıq yaratsa da kitab növbəti bölümlərdə özü özünü açıqlayır. Mən isə xüsusən Aleksey İvanoviçin Polina üçün özünü alçaltdığı bölümü və İvanoviçin öz otağına daxil olarkən Polinanın qaraltısını gördüyü hissəsini çox böyük şövqlə oxudum.Həqiqətən hadisələr o qədər həyəcanlı hal alır ki, bəzi yerlərində kitabdan qopmaq qeyri-mümkün idi.Sonlarına doğru isə birnöv oxuduqca oxumaq zorunda qalırdım.Dostoyevski çox əsərində olduğu kimi bu əsərində də kitabı bitirən oxucusunda çoxlu təəssüratlar və izlər qoymağı bacarıb ,fikrimcə ( Ən azından bu məndə belə oldu ) Sonluq isə üzücü idi.Bütün şıltaqlıqları ilə miras üstündə bir-birini didən insanlar, general, məhv olmuş İvanoviç, xəstə Polina, mister Astley, m"le Blanche, De Qriye bütün hərkəs bir tərəfə səpələnir. Fikrimcə, əsərin ən xoşbəxt obrazı m"le Blanche idi. Bütün bu qeyd elədiklərimdən savayı məndə ən çox təsir qoyan isə şübhəsiz bir birini sevən iki obrazın heç vaxt normal şərtlər daxilində bir araya gəlməməsi və sonluqda bir-birlərindən bixəbər ayrı-ayrı yerlərdə öz həyatlarını sürdürməsi idi. (Dostoyevski bununla bizi o sevgiyə möhtac qoyub əsərini bitirir) #
Qumarbaz
QumarbazFyodor Dostoyevski · Qanun Nəşriyyatı, Əli və Nino Nəşriyyatı · 201869.1k okunma
175 syf.
10/10 puan verdi
·
Liked
·
Read in 1 hours
Dostoyevski
Hayatını kumarla bütünleştiren birinin zorlu hikayesi. Sonuna kadar heyecanlı ve dramatik. Olayların nasıl gelişiceğini tahmin edemezsiniz. Yapılması gereken çok iş var…
Qumarbaz
QumarbazFyodor Dostoyevski · Qanun Nəşriyyatı, Əli və Nino Nəşriyyatı · 201869.1k okunma
Reklam
175 syf.
·
Not rated
·
Liked
Pul
-Pulu uduzmaq üçün, pulun olmalıdır. -İndi yenə də özümə sual verdim: onu sevirəmmi? Yenə də o suala cavab verə bilmədim, daha doğrusu, düzünü desəm, mən yenə, yüzüncü dəfə özümə cavab verdim ki, ona nifrət eləyirəm. Bəli, onu görməyə gözüm yoxuydu!
Qumarbaz
QumarbazFyodor Dostoyevski · Qanun Nəşriyyatı, Əli və Nino Nəşriyyatı · 201869.1k okunma
175 syf.
·
Not rated
·
Read in 22 hours
Benim gördüğüm kadarıyla kumar tutkusu, o çaresizlik duygusu ve her kumarbazın başından geçebilecek o malum olaylar kitabın fonunu oluşturuyor. Evet, Casino'ya ara sıra girip çıkıyoruz ama her zaman olduğu gibi asıl kumar dışarıda, hayatın içinde oynanıyor. Kendi için, geleceği için, en çok da aşkı için sürekli kumar oynayan bir adam var karşımızda: Aleksey İvanoviç... Onun kumarbazlığı biraz da karakterinden geliyor. Risk almak onda bir yaşam biçimi haline gelmiş. Bu hal, kimi zaman rulet masasında tüm parasını tek bir renge yatırarak, kimi zamansa sevdiğinin ağzından çıkan tek bir söz üzerine normal bir insanın asla cüret edemeyeceği işleri gözü kapalı yerine getirerek tecelli ediyor. Kazanmak ya da kaybetmek onun için hiç önemli değil. Başka bir ifadeyle, karakterimiz sonuçla ilgilenmiyor. Onun için önemli olan o an yaşanması gerekeni yaşamak. İşte bu noktada, Dostoyevski'nin kitapta dile getirdiği sorgulamalardan birine, ahlak kuralları mevzusuna kısaca değinmek gerekiyor.
Qumarbaz
QumarbazFyodor Dostoyevski · Qanun Nəşriyyatı, Əli və Nino Nəşriyyatı · 201869.1k okunma
175 syf.
8/10 puan verdi
·
Liked
Hər kitabın öz oxunma vaxtı var deyə bir deyim var. Həqiqətəndə doğru deyimdir. Bu kitabdan agır əsərlər də oxumuşam amma yenə də hələ özümdə bu əsəri bir yerə qoya bilmədim. Dostoyevski imzasının qüdrətinə şüphə ilə yanaşmıram əsla, müəllifin çatdırmaq istədiyi hər fikiri də tuta bildiyimə əminəm. Sadəcə olaraq başqa bir vaxt bir daha müraciət edib oxuyacağım əsərlər sırasına daxil etdim. Bu əsəri sevib sevmədiyimi tam olaraq anlaya bilmədim. Amma mütləq oxunmalı əsərlərdən birisi olmalıdı hər kəs üçün. Ən başlıcası ona görə ki əfsanəvi Dostoyevski qələmindən 25 gündə (yazmasam olmazdı)) ) çıxmış əsərdir.
Qumarbaz
QumarbazFyodor Dostoyevski · Qanun Nəşriyyatı, Əli və Nino Nəşriyyatı · 201869.1k okunma
190 syf.
9/10 puan verdi
·
Read in 4 days
Dostoyevskidən oxuduğum 2.kitab. Məsləhətlərini çox sevdiyim dostumun məsləhətiylə aldım:) Rus ədəbiyyatında sevmədiyim ya da hələ də öyrəşmədiyim üçün sevmədiyim şey adların qarışıq olmasıdı. Obrazları xatırlamaq çətin olur mənə bəzi hissələrdə. Kitabı ümumi olaraq çox bəyəndim ən çox da son 2fəsli. Kitab məni heç yormadı, əksinə maraq yaratdı. Adından da göründüyü kimi əsas məsələ ruletka oyunudur. İnsanın oynadıqca doymaması, düzgün fikirləşməməsi, görməmişliyi çox yaxşı əks olunub. Hekayə maraqlı davam edirdi. Mən sonda İvanoviçin İsveçrəyə getdiyinə inanıram, o sevgi yaşanmalı idi.
Qumarbaz
QumarbazFyodor Dostoyevski · Qanun Nəşriyyatı, Əli və Nino Nəşriyyatı · 201869.1k okunma
Reklam
175 syf.
8/10 puan verdi
·
Liked
·
Read in 26 hours
Ilk öncə qeyd edim ki, Dostoyevski mənim ən sevdiyim yazardır. Yazdığı hər misrada həqiqət payı var. Qumarbaz əsəri isə oxuyarkən insanın iradəsizliyini mox gpzəl şəkildə vurğulayıb yazar. İnsan sevgisi üçün belə alçalmamalıdır. İlk Dostoyevski ilə tanışlığım Cinayət və Cəza ilə olub. O Raskolnikovun yeri məndə ayrıdır. Oxumağa dəyər kitabdır. Dostoyevski özü ayrı bir məktəbdir.
Fyodor Dostoyevski
Fyodor Dostoyevski
Qumarbaz
Qumarbaz
Qumarbaz
QumarbazFyodor Dostoyevski · Qanun Nəşriyyatı, Əli və Nino Nəşriyyatı · 201869.1k okunma
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.