Qur'ani-Kərim

Kolektif

Qur'ani-Kərim Quotes

You can find Qur'ani-Kərim quotes, Qur'ani-Kərim book quotes, the most impressive sentences and paragraphs on 1000Kitap.
Möminlər yalnız o kəslərdir ki, Allahın adı çəkildiyi zaman ürəkləri titrəyər, onlara Allahın ayələri oxunduğu zaman bu, onların imanını artırar və yalnız Rəbbinə təvəkkül edər. (Əl-Ənfal surəsi, ayə 2.)
Haqq və hakim olan Allah çox ucadır! Ondan başqa heç bir ilah yoxdur! O, şərafətli ərşin Rəbbidir. (Əl-Muminun surəsi, ayə 116)
Reklam
əs-Səcdə; 21
Ən böyük əzabdan əvvəl Biz onlara mütləq kiçik əzabdan — dünya əzabından daddıracağıq ki, bəlkə doğru yola qayıtsınlar.
Əl-Ənam;144
Heç bir biliyi olmadan insanları (haqq yoldan) azdırmaq üçün Allaha qarşı yalan uyduran şəxsdən daha zalım kim ola bilər?
əl-Bəqərə; 155,156,157
Əlbəttə,Biz sizi bir az qorxu,bir az aclıq, bir az da mal, can (övlad) və məhsul qıtlığı ilə imtahan edərik. (Ya Rəsulum! Belə imtahanlara) səbir edən şəxslərə müjdə ver! O kəslər ki, başlarına bir müsibət gəldiyi zaman:«Biz Allahınıq (Allahın bəndələriyik) və (öləndən sonra) Ona tərəf (Onun dərgahına) qayıdacağıq!» deyirlər. Onları Rəbbi tərəfindən bağışlanmaq və rəhmət (Cənnət) gözləyir. Onlar doğru yolda olanlardır!
əl-Ənkəbut; 41
Allahdan başqasını özlərinə dost tutanların aqibəti özünə yuva qurmuş hörümçəyin məsəlinə bənzəyir. Yuvaların ən zəifi də, əlbəttə ki, hörümçək yuvasıdır. Kaş ki, biləydilər!
Reklam
42 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.