Quran Hekayətləri

Sədrəddin Bəlaği

Quran Hekayətləri Quotes

You can find Quran Hekayətləri quotes, Quran Hekayətləri book quotes, the most impressive sentences and paragraphs on 1000Kitap.
Biz yaşadağımız dünyada bir çox millətlərin İlahi qanunlarından üz döndərdiklərinin və yalnız özlərinin yaratdığı qaydalarla yaşadığının şahidiyik. Elə buna görə də onlar bu dünyanın işlərini sülh və rifah üzərində qurmağı bacarmır, bəşəriyyəti ölümlə hədələyən, qırğınlara bais olan vəhşi müharibələrə əl atırlar.
Sayfa 262Kitabı okudu
Günah edib hörmət qazanmaqdansa, Allaha itaət yolunda alçalmaq daha yaxşıdır.
Sayfa 184Kitabı okudu
Reklam
Gerçəkliklərə diqqət yetirdikdə aydın olur ki, varlıq dünyası bütün fəsilləri bir-birilə həmahəng olan bir kitaba və ya bütün sözləri bir-biriylə qırılmaz əlaqədə olan cümləyə bənzəyir.
Sayfa 276Kitabı okudu
Siz əsl yolu, həqiqəti görə bilmədiyiniz üçün günəşi başınızın ardı, ulduzları isə əlinizlə örtmək istəyirsiniz. Belə olduğu halda mən sizi haqq yolu ilə getməyə, imana gəlməyə necə məcbur edə bilərəm?!
Onlar dünya həyatının sadəcə zahirini bilirlər, axirətdən isə tam xəbərsizdirlər.
Sayfa 278 - Rum surəsi, 7-ci ayəKitabı okudu
Yusifin məhəbbəti Yaqubun könlündə elə dərin kök salmışdır ki, onu ordan yalnız ürəklə birgə qoparmaq olar. Könül sultanlığı elə bir hakimiyyətdir ki, onu ağılla, məntiqlə ələ keçirmək mümkün deyil. Eşqin padşahlıq etdiyi bir zamanda ağlın sözü taxtdan endirilmiş hakimin fərmanına bənzəyir.
Reklam
26 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.