Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Quran Hekayətləri

Sədrəddin Bəlaği

Quran Hekayətləri Sözleri ve Alıntıları

Quran Hekayətləri sözleri ve alıntılarını, Quran Hekayətləri kitap alıntılarını, Quran Hekayətləri en etkileyici cümleleri ve paragragları 1000Kitap'ta bulabilirsiniz.
Biz yaşadağımız dünyada bir çox millətlərin İlahi qanunlarından üz döndərdiklərinin və yalnız özlərinin yaratdığı qaydalarla yaşadığının şahidiyik. Elə buna görə də onlar bu dünyanın işlərini sülh və rifah üzərində qurmağı bacarmır, bəşəriyyəti ölümlə hədələyən, qırğınlara bais olan vəhşi müharibələrə əl atırlar.
Sayfa 262Kitabı okudu
Günah edib hörmət qazanmaqdansa, Allaha itaət yolunda alçalmaq daha yaxşıdır.
Sayfa 184Kitabı okudu
Reklam
Gerçəkliklərə diqqət yetirdikdə aydın olur ki, varlıq dünyası bütün fəsilləri bir-birilə həmahəng olan bir kitaba və ya bütün sözləri bir-biriylə qırılmaz əlaqədə olan cümləyə bənzəyir.
Sayfa 276Kitabı okudu
Siz əsl yolu, həqiqəti görə bilmədiyiniz üçün günəşi başınızın ardı, ulduzları isə əlinizlə örtmək istəyirsiniz. Belə olduğu halda mən sizi haqq yolu ilə getməyə, imana gəlməyə necə məcbur edə bilərəm?!
Onlar dünya həyatının sadəcə zahirini bilirlər, axirətdən isə tam xəbərsizdirlər.
Sayfa 278 - Rum surəsi, 7-ci ayəKitabı okudu
Yusifin məhəbbəti Yaqubun könlündə elə dərin kök salmışdır ki, onu ordan yalnız ürəklə birgə qoparmaq olar. Könül sultanlığı elə bir hakimiyyətdir ki, onu ağılla, məntiqlə ələ keçirmək mümkün deyil. Eşqin padşahlıq etdiyi bir zamanda ağlın sözü taxtdan endirilmiş hakimin fərmanına bənzəyir.
Reklam
Onun iradəsi təbii qanunlardan, adi qaydalardan asılı deyil, qüdrəti isə sonsuzdur.
Qiyamətə inam
İnsan özünü dərketmə həddinə çatdıqda görür ki, xeyir və şər qəhrəmanları bir-birilə çarpışırlar, ucalıqla alçaqlığın mübarizəsi şiddətlə davam etməkdədir və əksərən şərlə alçaqlıq xeyirlə ucalıq üzərində qələbə çalır. Əlbəttə ki, həssas vicdan və ürək sahibi olan bəşər üçün xeyir qəhrəmanının məğlubiyyəti qəbuledilməzdir. Belə olduqda, bütün təbiətdə ədaləti açıq-aşkar olan adil Allaha inam hissi tələb edir ki, xeyirlə şərin mükafatı və cəzası olsun və insan ömrünün qısalığına, bu dünyaya sığmadığına görə həmin mükafat və cəza başqa bir dünyada öz sahibini tapsın.
Sayfa 322Kitabı okudu
Dünya malından kasıb olsam da, səndən daha varlıyam, çünki ehtiyac var-dövlətlə ölçülmür. Əksinə, əsl sərvət ruhun zənginliyi, daxilən heç nəyə ehtiyac duymamaq və tamahı, hərisliyi öldürməkdir.
Sayfa 146Kitabı okudu
Əgər O istəsə, sizə yol göstərər və ya bir anda əzab göndərər. İstəsə, sizə möhlət verər ki, çox günah işləyib ağır cəzaya layiq olasınız.
26 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.