Qürur və Qərəz

Jane Austen

Yorumlar ve İncelemeler

Tümünü Gör
440 syf.
10/10 puan verdi
·
Beğendi
·
20 günde okudu
Salamlar, əziz kitabsevərlər Kitab XIX əsr ingilis cəmiyyətində olan ailələr və onların qızlarına davranışına həsr olunub. Beş qızı olan Missis Bennetin arzusu qızlarını varlı oğlanlar ilə evləndirməkdir. Ailənin 2 böyük qızı - Ceyn və Elizabet varlı Çarlz və Darsi ilə sevgi macərası yaşayırlar. Kitabın sonuna doğru Elizabet-Darsi cütlüyü arasında Qürur və qərəz əriyib yox olur. Kitabda olan obrazlardan ən çox sevdiyim 3 obraz isə Ceyn, Elizabet və Darsi oldu. Sevgi romanlarını sevənlərə kitabı oxumağı tövsiyə edirəm.
Qürur və Qərəz
Qürur və QərəzJane Austen · Parlaq İmzalar · 076,6bin okunma
Reklam
440 syf.
·
Puan vermedi
Həyatdakı tək məqsədi qızlarını zəngin oğlanlarla evləndirmək olan ananın bu hədəfə çatmaq üçün çabalarıyla başlayan bir kitabdır.Bəzi yerlərinin uzun olması,kitabın baş obrazlarının birlikdə olduğu hissələrin az olmassı bir az məyus etdi.Ümumi olaraq oxuyarkən özümü hadisələrin içərisində hiss etdim,onlarla birlikdə mən də ziyafətlərə qatıldım,qonaqlıqlara getdim.Xüsusilə obrazların dialoqları çox xoş təsir edirzi,tam dərindən hiss etmək mümkün idi,filmini hələ izləməmişəm,yaxın zamanda izləyəcəyəm,əgər uzunca bəzən sizi əsəbləşdirən hadisələrin olduğu,qürurun eşqdən üstün tutulduğu yerlər olan kitab oxumaq istəyirsinizsə buyura bilərsiniz.Ümumi nəticə olaraq əsər məndə xoş təəssürat buraxdı və bir müddət obrazlardan darıxacam.
Qürur və Qərəz
Qürur və QərəzJane Austen · Parlaq İmzalar · 076,6bin okunma
440 syf.
9/10 puan verdi
·
Beğendi
·
5 günde okudu
Əsərdə XIX əsr İngiltərəsi, cəmiyyət həyatı, siniflər arasındakı fərqlər, qadının cəmiyyətdəki rolu, onun hüquqsuzluğu, haqqında geniş məlumat verilir. Əsəri 5-6 il bundan əvvəl oxumuş, amma çox da bəyənməmişdim. Lakin bir müddət əvvəl problemin tərcümədə olduğu ilə bağlı bir video izlədim və kitabı alıb yenidən oxumaq qərarına gəldim. Aldım, oxudum və çox bəyəndim.
Qürur və Qərəz
Qürur və QərəzJane Austen · Parlaq İmzalar · 076,6bin okunma
Reklam
Reklam
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.