Quyucaqlı Yusuf

Sabahattin Ali

Quyucaqlı Yusuf Quotes

You can find Quyucaqlı Yusuf quotes, Quyucaqlı Yusuf book quotes, the most impressive sentences and paragraphs on 1000Kitap.
“Nağara və zurna səsləri eşidilirdi. Küçələr adamla dolu idi. Səfərbərliyə alınanlar, gənc əsgərlər qışqırır, oynayır və yola düşüb gedirdilər. Başlarına nə gələcəyini bilməyən bu bədbəxtlər ölüm barədə heç də fikirləşmir, hey qışqırırdılar: “Ya qalib gələrik, ya da şəhid olarıq!”. Həyatın yeknəsək axarını pozan bu dəhşətli dəyişikliyi təbəssümlə qarşılayan bu qəhrəmanlar ona doğru cumur, nə üçün ölümə getdikləri və harda öldürüləcəkləri barədə heç də düşünmürdülər.”
Sayfa 155 - Yayın Evi - PANKitabı okudu
Qəlbindəki sonsuz kədər və ağır dərdə, həyatının uçurulub dağılmış xarabalıqlarına baxmayaraq o, təslim olmaq, boyun əymək fikrində deyildi. O, öz dərdini heç kəsə bildirmədən ürəyində saxlayacaq, bu dərdi təkbaşına çəkəcək və yeni bir həyata başlayacaqdı...
Sayfa 215Kitabı okudu
Reklam
Anası onu gəzməyə apararkən bir saat saçlarını düzəltməyə çalışdığı halda nə anasının, nə atasının ağlına bu başın içi ilə də bir az məşğul olmaq fikri gəlməmişdi. Qızlarını vitrin alması kimi bəzəyib təmizləmiş, parlatmış, sonra da varlı bir müştəriyə satmışdılar. Qız yetişdirməyin qayəsi elə bu idimi?
Həyatdan çox şey gözləmə. Dünyada hər fəlakətin içindən ən az zərərlə sıyrılmağın yolu həyata, mühitə uyğunlaşmaqdır.
Sayfa 205 - Səlahəddin bəy
Həyat bir-birindən ayırdıqlarını qısa müddətlik yaxınlaşdırsa da, uzun müddət yan-yana qoymurdu.
Sayfa 240Kitabı okudu
Lakin bəzən hislərimiz iradə və ağıldan üstün olur, xəyallarımız bizi tovlayıb aldadır, hislərimizin coşmasına imkan yaranan kimi üzərimizdə hakim kəsilir.
Reklam
1,000 öğeden 21 ile 30 arasındakiler gösteriliyor.