Qəzəllər

Əliağa Vahid

Quotes

See All
Dedim: - Ey qönçə dəhan, könlümü qan eyləmisən, Dedi: - Bica yerə eşqimdə fəqan eyləmisən. Dedim: - İnsaf elə, incitmə məni, aşiqinəm, Dedi: - Get, sirrimi dünyayə əyan eyləmisən. Dedim: - Ağlatma məni sərv boyun şövqündə, Dedi: - Göz yaşını bihudə rəvan eyləmisən.
Bülbül dayanarmı gülünə həsrət olanda?
Reklam
İstərəm mən o gülü, öz güli-xəndanım ola, O da öz könlünü versin mənə, cananım ola. Təki canan ilə bir yerdə günüm xoş keçsin, Arizu eyləmərəm bağü gülüstanım ola. Qıymayan canını aşiq deyil öz yarı üçün, Mən fəda eyləyərəm yarıma min canım ola. Gündə yüz yol edərəm canımı qurban o gülə, O da bir yol dolanıb başıma qurbanım ola. Bu pəriçöhrələrin bircə gözəllikləri var, Sevmərəm heç birin, əlimdə əgər imkanım ola. Neyləyim könlümə, bir qoymadı asudə məni, Görüm ey kaş ki, viran dili-suzanım ola. Vahid, hər şuxə inandımsa, vəfasız çıxdı, Bu gözəllərlə mənim həşrdə divanım ola.
Cami-mey zövqünə vaqif deyil irad eləyən, Əhli anlar onu, məstanə olandan sonra. Ya əsir eylə qara zülfə və ya zəncirə, Fərqi yox aşiqə divanə olandan sonra.
Vətən
Dünyaya gözəllik verən, əlbəttə günəşdir, Ondan da gözəl xəlqə təcəllayi-vətəndir
100 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.