Romanda hadisələr üç müxtəlif müstəvidə şəbəkələnir və üç mühüm predmetin iştirakı ilə yığılır: Nərd, Telefon və Telekamera.
Belə ki, romanda hər üç predmet əsərin dilsiz qəhrəmanıdır. Roman bir qumarbazın, bir nərd xiridarının Bakı-İsfahan-Ramana marşrutunda tale yaşantılarının, sevgisinin tarixçəsi, tədqiqatçının nərdin möhtəşəmliyi və mistikası haqqında apardığı söhbətləri və bir muzdlu əskərin müharibə bölgəsindən göndərdiyi video-selfiləridir. Onların hamısı 12 şəbəkə vasitəsilə bir-birinə birləşib bütövləşir.
"Ramana" elə bir romandır ki, orada nərdin fəlsəfəsinə uyub qədim çağlara səyahət etmək, XX əsr Bakısının, Bakı həyətlərinin, Çəmbərəkəndin göyərçinli damlarının poeziyasına tutulmaq, XXI əsrin bugünkü sərt oyunları ilə qarşılaşmaq mümkündür.
420 sayfa (11 sa. 54 dk.) · Zərdabi Nəşr