Relslər Üzərinə Uzanmış Adam

Rövşen Abdullaoğlu

Most Liked Relslər Üzərinə Uzanmış Adam Posts

You can find Most Liked Relslər Üzərinə Uzanmış Adam books, most liked Relslər Üzərinə Uzanmış Adam quotes and quotes, most liked Relslər Üzərinə Uzanmış Adam authors, most liked Relslər Üzərinə Uzanmış Adam reviews and reviews on 1000Kitap.
Saxta danışa bilərsən, saxta gülə bilərsən, ancaq saxta baxa bilməzsən. Gözlər aldatmaq bacarığından məhrumdur. Və nə yaxşı ki, bu, belədir...
İnsan bütün ömür boyu hazır mələk axtarışında olmamalı, əksinə, öz yanında olanı mələyə çevirməlidir.
Sayfa 230Kitabı okudu
Reklam
Üzərində dayandığımız dünya da elə bu relslər kimidir. Ölüm də üzərimizə gələn qatardır sanki. Bütün insanlar ölümün gələcəyini bildikləri halda yeyir, içir, başlarını məişət qayğıları ilə qataraq yaşayırlar. İnsan ölüm qatarının hər an gələ biləcəyinin fərqindədir. Ancaq bu, həyatını heç bitməyəcəkmiş kimi yaşamasına mane olmur. Bu insan dili ilə hər an ölə biləcəyini etiraf etsə də, xəyalında yüz il sonrası üçün planlar qurmaqdadır. Həyat tərzimiz əslində bizim əbədi yaşamaq istəyimizdən xəbər verir.
Bütün ümidlər üzüləndə, bütün qapılar bağlananda bir qapının daim açıq olduğunu hiss edirsən. O qapı hardadır, bilmirsən. Ancaq anlayırsan: nə qədər ki, sağsan heç vaxt bütün qapılar üzünə tam bağlanmır. Həmişə açıq olan bir qapı var. Biz- bağlı qapıları açmaq üçün inadlaşmağa adət etmiş insanlar, yalnız son anda diqqətimizi o açıq qapıya yönəldirik. O qapı indimi açıldı? Yox, o qapı həmişə açıq olub, sadəcə, sən onu indi görmüsən. İndiyə qədər harada idin? Nəyə görə bu qədər laqeyid və diqqətsiz idin? İlahi, bizi qəbul et! Səndən gəlmişik, son dönüş də yalnız Sənədir.
Faruq, sevdiklərini heç bir zaman incitmə, onları itirdikdən sonra əhəmiyyətsiz saydığın yanlışların belə yadına düşəcək və səni incidəcəkdir. Onlara olan sevgini qəlbində saxlama, tez-tez dilinə gətir. O qədər dilinə gətir ki, onları itirəndən sonra sevgini hiss etdirmədiyinə görə üzülməyəsən...
İnsanın əlindən hər şeyini alsalar, o yaşayar, ancaq xatirələrin alınması, insanı kökünə bağlayan nişanələrin dağıdılması onun üçün dözülməzdir.
Reklam
Geri199
1,000 öğeden 991 ile 1,000 arasındakiler gösteriliyor.