Relslər Üzərinə Uzanmış Adam

Rövşen Abdullaoğlu

Relslər Üzərinə Uzanmış Adam Posts

You can find Relslər Üzərinə Uzanmış Adam books, Relslər Üzərinə Uzanmış Adam quotes and quotes, Relslər Üzərinə Uzanmış Adam authors, Relslər Üzərinə Uzanmış Adam reviews and reviews on 1000Kitap.
Ümid edirəm ki, bir gün hardasa səninlə yenidən rastlaşacağıq. O zaman gözlərimiz qarşılaşacaq. Sən yenə də əvvəlki kimi gülərüz və mehribansan. Gözlərində mənalı bir ifadə vardır. Sən heç dəyişməmisən. Mənim isə qəlbimdə böyük bir kədər olacaqdır. Çalışacağam ürəyimi parçalayan bu kədərim gözlərimdən sezilməsin, qəhər boğazımı bir yumruq kimi sıxsa da, göz yaşlarımı boğacağam ki, ağlamayım.
Düşünürəm ki, hərdən qürurumuz xoşbəxt olmağımıza mane olur. O, xoşbəxtliyimizin qarşısına keçilməz sədlər çəkir. Bəzilərimiz cəsarətimizi toplayıb bu sədləri aşırıq, bəzilərimiz isə ömrümüzün sonuna qədər bu sədlərin arxasında xoşbəxtliyimizdən məhrum halda qalırıq.
Reklam
Saxta danışa bilərsiniz, saxta gülə bilərsiniz, ancaq saxta baxa bilməzsiniz. Gözlər aldatmaq bacarığından məhrumdur. Və nə yaxşı ki, bu, belədir...
Hər birimiz həyatımızda yanıla bilərik, ən pisi bundan gec xəbər tutmağımızdır.
Ümumiyyətlə, düşünürəm ki, məhəbbətin sonu nakam olsa belə, onu həyatımızda dadmaq heç dadmamaqdan daha yaxşıdır.
İnsanı həyatından çıxartmaq asandır, qəlbdən çıxartmaq isə çox çətindir. Sən hər gün qəlbinin səhifəsinə onun üçün mənalı bir söz yazırsan, o isə qəlbində nə yazıldığını bilmək üçün oraya baxmır belə. Sevmədiyin min adamdan eşitdiyin bir mehriban sözü sən yalnız sevdiyin birindən eşitmək arzusunda olursan...
Reklam
İşin ən pis tərəfi çəkdiyin bütün zəhmətlərin hədər getdiyini anlamağındır. Sən ancaq onun üçün çalışırdın. Hə... bizi həmişə kimləsə əvəz edirlər. Bu, təbiidir. Təbii olmayan bunun sənə fürsət vermədən, səni anlamadan, nə qədər iztirab çəkəcəyinə əhəmiyyət vermədən edilməsidir... Elə birisini tapmaq istəyirsən ki, sən onun yeganəsi olasan. Səni heç kimlə əvəz edə bilməsin. İstəsə belə.
Tanrı bizi xoşbəxt etmək istədikdə anlaya bilmədiyimiz ən xoşagəlməz yollarla aparır. Çünki, getmək istədiyimiz xoşagələn yollar çox zaman bizi səadətə aparmır.
Sayfa 406Kitabı okudu
İnsandan başqa heç kəsdən qorxma, çünki ondan təhlükəli canlı yoxdur.
Sayfa 315Kitabı okudu
Dünyada valideynin övladlarının gözləri qarşısında qocalmasından, əzizlərinin ölümlərini görməkdən də daha dəhşətli hallar var imiş. Bu, insanın əzizlərini qorumaqda aciz olmasıdır...
Sayfa 284Kitabı okudu
Geri199
1,000 öğeden 991 ile 1,000 arasındakiler gösteriliyor.