İstanbulda olarkən, "Masumiyet müzesi"nin yaxınlığında balaca bir antikacıda Orhan Pamukun heç oxumadığım bir kitabının ilk basqısını tapanda çox sevindim. Roman deyil amma, yenə də Orhan Pamukdu.
Kitabda ömrü boyu yaşadığı İstanbuldan və öz həyatından bəhs edir. Romantik ruhu, şeir kimi dili sadəcə ailəsindən danışarkən belə maraqla oxutdurur. Mənim üçün İstanbuldan çox gözəl bir xatirə oldu bu kitab, oxuyarkən o küçələrə yenə qayıtdım.