Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Rezonans Toplusu

Komisyon

Rezonans Toplusu Hakkında

Rezonans Toplusu konusu, istatistikler, fiyatları ve daha fazlası burada.

Hakkında

Aprelin 1-i, saat 14:30-da Divan oteldə “Rezonans toplusu 1” kitabının təqdimat mərasimi keçiriləcək. Kulis.azın məlumatına görə “Rezonans toplusu 1” Rezonans Maarifləndirmə Cəmiyyətinin (RMC) dərc etdiyi ilk kitabdır. Kitabın ilk səhifələrindən siz “Böyük partlayış”la tanış olub daha sonra evimiz olan yerin neçə yaşı olduğunu, necə “böyüdüyünü” öyrənəcək və nəhayət ki, evimizdə canlılığın necə yarandığını, yəni təkamülün necə işlədiyini görəcəksiniz. İkinci bölüm insandan bəhs edir. İnsan necə kodlanıb? Onun genetik kitabında nələr yazılıb? Genlərimiz eqoistdirmi? Beynimiz necə işləyir? Və niyə digərlərindən fərqli olaraq biz danışmışıq? Danışmağı bacarmaqla genlərimizə üstün gələ bildikmi? Üçünci bölüm isə müasir sivilizasiyamızı sorğulayır. RMC heç bir siyasi quruma aid olmayan və gəlir məqsədi güdməyən bir qrup gənc tərəfindən yaradılan təşkilatdır. RMC-nin məqsədi maarifləndirmə yolu ilə cəmiyyətə faydalı olmaqdır. Əsas fəaliyyətini rezonanss.com veb səhifəsi və sosial şəbəkə üzərindən aparan RMC bu yolda müxtəlif addımlar atır.
Yazar:
Komisyon
Komisyon
Ülke: TürkiyeDil: TürkçeFormat: Karton kapak
Reklam