Robinzon Kruzo

Daniel Defoe

Newest Robinzon Kruzo Reviews

You can find Newest Robinzon Kruzo quotes, newest Robinzon Kruzo book quotes, the most impressive sentences and paragraphs on 1000Kitap.

Score

8.2Out of 10
4,857 People · 648 Review
128 syf.
10/10 puan verdi
·
Liked
Ən maraqlı "ada" kitabı
Bir vaxtlar macəra, ada əsərlərini çox oxuyurdum. Yeri gəlmişkən ən sevdiklərim Jül Vernin əsərləri idi. Daniel Defo "Robinzon Kruzo" kitabını da həmin vaxtlarda oxumuşam. Deyə bilərəm ki, mənim fikrimcə ən maraqlı, ən həyəcanverici ada əsərlərindən biridir hətta birincisidir. Ada əsərlərinin çoxusunda olduğu kimi bu kitabda da baş obrazımız-Robinzon Kruzo gəmi səyahətinə çıxır. Səhv etmirəmsə ailəsi ilə arasında problemlər yaranır. Çünki atası onun dəniz səyahəti etməsini istəmirdi. Amma Robinzon heç kimi dinləmir və səyahət edir. Daha sonra onların gəmiləri fırtınaya tutulur. Heyətin hamısı həlak olur ancaq Robinzon yaşayır. Gözlərini açanda adada olduğunu görür. Ílk günlər heç bir şey etmir. Ölümü gözləməyə başlayır. Amma sonra özünə adada bir həyat qurmağa başlayır. Və buna uğurla nail olur. Həmçinin bütün yaşadıqlarını da bir yerə qeyd edir. Burada özünə ev qurur, özünü bu adanın hökmdarı kimi hiss etməyə başlayır zamanla. Daha sonra adada bir sıra çətinliklərlə üzləşir. Amma mübarizə aparmağı dayandırmır. Əsər həqiqətən çox sürükləyici davam edirdi. Çoxdan oxusam belə məndə yaratdığı gözəl hisslər həmin vaxtları yadıma saldı. Həyat çox qayğısız idi həmin vaxtlar. Tək qayğım məktəb kitabxanasından aldığım kitabı tez bitirib qaytarmaq idi... Nostalji hissləri də yaşadığıma görə artıq sonlandıra bilərəm:D Xoş mütaliələr!
Robinzon Kruzo
Robinzon KruzoDaniel Defoe · Altun Kitab · 201722k okunma
·
Not rated
Tənhalıq..
"Qəhrəmanı müəllifindən məşhur olan əsər. "Kapitan Qrantın uşaqları romanından sonra oxuduğum digər maraqlı xarici ədəbiyyat nümunəsi. Bu əsərin də yeri məndə özəldir. Çünki mənə illər öncə oxuduğum zaman keçirdiyim saf və təmiz uşaqlıq hisslərimi xatırladır. Çox sevdiyim və təkrar eyni həyəcanla oxuduğum romandır. Təsəvvür edin ki,
Robinzon Kruzo
Robinzon KruzoDaniel Defoe · Altun Kitab · 201722k okunma
Reklam
128 syf.
10/10 puan verdi
·
Liked
·
Read in 14 days
Məncə kitabını oxumasa da, adını eşitdiyi bir karakterdir Ribinzon Kruzo Kitabı orta məktəbdə oxuyarkən alıb oxumuşdum. İndi görəndə o zamanları xatırladım. Adaya düşmək,qurtulmaq üçün səbir göstərərək savaşmaq...
Robinzon Kruzo
Robinzon KruzoDaniel Defoe · Altun Kitab · 201722k okunma
128 syf.
·
Not rated
·
Liked
Robinson kruzo
Cok güzel bir kitabtır herkese tavsiye ederim bir denizcinin hikayesini anlatıyor her bir sayfasını okudugumda diyer sayfada ne cıkacak ne yazıyor diye cok merak ediyordum ve en sonda bitirdim simdi sıra sizde?
Robinzon Kruzo
Robinzon KruzoDaniel Defoe · Altun Kitab · 201722k okunma
128 syf.
·
Not rated
·
Read in 1 hours
Daniel DEFONUN kitabı olan Robınzon Kruzoda insann ne qeder ezıyyet çekdıyındin ne qeder dozumluluyunden soz açır Kruzo adada saxladığl hey anlar bu çox maraqlı hekayedır mutleq. oxuyun her kese meslehet bılırem
Robinzon Kruzo
Robinzon KruzoDaniel Defoe · Altun Kitab · 201722k okunma
Reklam
674 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.