Rusiya Mafiyasının Liderləri

Bəhram Çələbi

About Rusiya Mafiyasının Liderləri

Rusiya Mafiyasının Liderləri subject, statistics, prices and more here.

About

Rusiya mafiyası – yaxud “Dövlət içində dövlət” heç də gəlişi gözəl kəlam deyil, real həqiqətdir. Bu əzəmətli imperiyada əmrlər müzakirə olunmur, güllənin dəyəri isə bir qəpikdən də ucuzdur. Mafiyanın nə demək olduğunu hamı bilsə də, onun işinin mahiyyətini çoxları dərk etmir. Bəziləri onun mövcudluğunu, hətta inkar da edir, onu mif, əfsanə, jurnalist uydurması adlandırırlar. Mafiyanın ilkin gəliri milyadrlarla ölçülür və liderlər fəaliyyətlərini davam etdirmək üçün bu sərvətin bir hissəsini güc sturukturlarına rüşvət vermək, cinayətlərini gizlətmək, lazım olan adamları qruplara cəlb etmək, şahidləri satın almaq və s. sərf edirlər. Mafiyanın birliyi və gücü onun hər bir üzvünün başçılarına və ailənin ciddi qayda-qanunlarına – bu omerta (susma) və vendettadır (tabe olmayan ölməlidir) – şərtsiz tabe olması nəticəsində təmin olunur.
Estimated Reading Time: 7 hrs. 22 min.Page Number: 260Publisher: Qanun Nəşriyyatı
ISBN: 9789952266481Country: AzerbaijanLanguage: Azerice
Reklam

About the Author

Bəhram Çələbi
Bəhram ÇələbiYazar · 5 books
Bəhram Çələbi 26 oktyabr 1946-ci ildə Şəki şəhərində anadan olub. Azərbaycan Neft Akademiyasının Energetika fakültəsini qurtarıb. 1980-ci ildən 1996-cı ilə qədər. Şəki Şahmat Məktəbinin direktoru işləmişdir. İdman mövzusunda məqalələr, şeirlər, hekayələr yazmışdır. 1996-cı ildə Bakıda "Kaspian Oyl" informasiya agentliyində işə başlamış, daha sonralar "Avtoritet", "Kriminal", "İnterpolis" qəzetlərində kriminal mövzuda məqqalələr yazmışdır. "Oğru dunyası" mövzusunda kitabları 2003-cü ildən başlayaraq nəşr olunr. İlk kitabı "Diktator Ağakərim"dir. Həmin roman rus dilinə tərcümə olunaraq ("Boq Urala") oxuculara təqdim edilib. Daha sonra "Zolotoy mujik", "Lotu Bəxtiyar" 1, 2 və 3 kitablar, "Dağli Cavanşir", "Lotular, cayıllar və ...", Sabirabadli Hikmət", "TT Nəriman", "Zina Passajskaya" "Rusiya mafiyasının liderləri" romanları işıq üzü görüb. "Sabirabadlı Hikmət" romanı Moskvada 20 min, Azərbaycanda isə 12 min nüsxə satılmışdır. Yazıçının "Lotu Söhbət", "Karzubı Vaqif", "Novxanılı Əliqardaş", "Krasavçik Ağakərimin məhbəs xatirələri", "Doktor Ağoppa", "dağlı Musa", "Dağlı Muğbil", "Olim Kirovabadskiy", "Zver Ələkbər", "Malışka Səfurə", Çolaq Böyükağa", "Qızıldiş Mamedin məhbəs gündəliyi" və sair romanları çapa hazır olsa da, maliyyə çatışmazlığı səbəbdən əlyazma halında qalmaqdadır