Aləm qalxsa səni məndən almağa,
Hamıdan alaram, götürrəm səni.
Getsən də dünyanın sonuna qədər,
Düşərəm arxanca, ötürrəm səni.
Sənsən gözəllərin şahı, ey afət,
Bir sənə salmışam mehrü məhəbbət,
Sən elə bir gülsən, olsam təbiət,
Hər bağda-bağçada bitirrəm səni.
Mən aşiqəm sənə, düzü gətirsən,
Uduzarsan əgər məni itirsən,
Məni bir arzuma əgər yetirsən,
Bütün arzulara yetirrəm səni.
Zülfün özütək hali pərişan eləyəndir,
Ləli-ləbüvün fikri ürək qan eləyəndir,
Əndami-lətifin məni heyran eləyəndir,
Hüsnün bu könül mülkünü viran eləyəndir,
Viranə olan mülkdə qalmaz daha bir daş.
Ey könül, sevdin gərək ol nazlı yar sevsin səni,
Səndən artıq, səndən üstün ol nigar sevsin səni.
Yoxsa sən sev, sevməsin yarın səni, bu, düz deyil,
Etməsin yarın gərək eşq içrə xar, sevsin səni.