— Azərbaycan dilçisi, türkoloq-alim, filologiya elmləri doktoru, Nəsimi adına Dilçilik İnstitutunun direktoru (—2015), Bakı Dövlət Universitetinin türkologiya kafedrasının müdiri (—2015), AMEA-nın həqiqi üzvü, akademik (2014), Azərbaycan Respublikasının maarif naziri (1993).
Tofiq Hacıyev 1 may 1936-cı ildə Cəbrayıl rayonunun Soltanlı kəndində anadan olub. Soltanlı kənd orta məktəbini bitirib. 1953-cü ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə qəbul olunub, 1958-ci ildə oranı fərqlənmə diplomu ilə bitirib və dilçilik ixtisası üzrə aspiranturaya qəbul edilib. 1962-ci ilin martında "Azərbaycan dilinin Cəbrayıl şivəsi" mövzusunda namizədlik, 1969-cu ildə "XX əsrin əvvəllərində Azərbaycan ədəbi dili" mövzusunda doktorluq dissertasiyalarını müdafiə edib. Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə 30 oktyabr 2009-cu ildə “Şöhrət” ordeni ilə təltif edilmişdir.
27 noyabr 2015-ci ildə səhər saatlarında yaşadığı evdə dəm qazından zəhərlənərək dünyasını dəyişib.İkinci Fəxri Xiyabanda dəfn olunub