Dahi şairimiz Mirzə Ələkbər Sabirin güldürə-güldürə ağladan, ağlatdıqca qeyrətə çağıran döyüşkən satirası ilə oxucular yaxşı tanışdır.
Bu kitabda müəllif həmin qüdrətli poeziyanı meydana gətirən əndişələrlə dolu zəmanədən, şairin ağır güzəranından, hücumlara, təqiblərə məruz qalmasından və bütün bunlara "qocaman bir dağ" kimi necə duruş gətirməsindən sənədlərin dili ilə ətraflı söhbət açır.
“Sabir” romanıdır. Bu əsər satirik şairimiz Mirzə Ələkbər Sabirin həyatından bəhs edir və onun bu il qeyd olunan 160 illik yubileyinə bizim töhfəmizdir.