Səadət Ocağı - Ailə

Ağa Hacıbəyli
Müəllif “Füyuzat” jurnalında dərc olunan silsilə məqalələrdən ibarət bu kitabda xüsusilə gənclərə ailə qurmaq barədə özəl bilgilər verəcəkdir. Hər səhifəsində ailə sirlərinin dərinliyi, sürprizlərin varlığı oxucunu düşündürəcəkdir. Kitabda həyat anlayışının dərinliyini ifadə edən sevgi, şəfəq, təlim, tərbiyə, təhsil, fitrət duyğularının irşadı, xoşbəxtliyin ana xətləri, valideyn böyüklüyü, müəllim və dostlar barəsində bilgilər tezis şəklində ifadə edilmişdir. Həyata uyğun yönlə istiqamət vermək məqsədilə bəzi mövzular dərindən işlənilmiş, bir çox ciddi problemlər isə qabardılmışdır. Cəmiyyətin sağlam olması üçün onu təşkil edən ailənin sağlamlığı başlıca şərtdir. Xalqın bütövlüyü ailənin daxili saflığından, möhkəmliyindən güc alır. Uğurlu evlilik nəslin davamı üçün vacibdir. Ona görə də “ailə dövlətdən müqəddəsdir” demişlər. Kitab gənclərə ailə qurmaq barədə özəl bilgilər verir. Hər səhifəsində ailə sirlərinin dərinliyi, sürprizlərin varlığı oxucunu düşündürür. Həyat yoldaşı seçimindən ailə qurmağa, ailənin müxtəlif psixoloji, mənəvi məsələlərindən övlad tərbiyəsinə qədər mühüm mövzular kitabda xronoloji ardıcıllıqla verilmişdir. Müəllif münasibət bildirdiyi məsələlərə, müxtəlif ailə problemlərinin çözüm yollarına milli-mənəvi və çağdaş dəyərlər prizmasından yanaşmışdır.
Author:
Ağa Hacıbəyli
Ağa Hacıbəyli
Estimated Reading Time: 5 hrs. 40 min.Page Number: 200Publication Date: 2022Publisher: Mimta Yayımları
ISBN: 9789952460858Country: AzerbaijanLanguage: AzericeFormat: Karton kapak

Comments and Reviews

See All
Henüz kayıt yok
Reklam
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.