Sağlıklı Toplum

Erich Fromm

Sağlıklı Toplum Quotes

You can find Sağlıklı Toplum quotes, Sağlıklı Toplum book quotes, the most impressive sentences and paragraphs on 1000Kitap.
Özünü dünya səviyyəsinə qaldırmaq cəhdindəki tam uğursuzluğun insanı psixi xəstəliyə aparması faktı daha bir cəhəti də üzə çıxarır: psixi cəhətdən sağlam həyatın şərti - hər hansı birgəyaşayış formasına nail olmaqdır. Amma bütün birgəyaşayış formalarından ən səmərəlisi - sevgidir, yalnız o, insana həm öz yaxını ilə birləşmək və eyni zamanda da öz azadlığını və bütövlüyünü qoruyub saxlamaq imkanı verir.
Sayfa 40
"İnsan kendi yaratılışının özelliklerine ve yasalarına uyarak tam olgunluğa erişecek ölçüde gelişirse, akıl sağlığı bakımından eksiksiz olur. Böyle bir gelişmenin tamamlanamaması akıl hastalığını doğurur. Bu önem önermeye göre akıl sağlığı ölçüsü bireyin, belli bir toplumsal düzene uyuması değil , insanın varoluşu sorununa doyurucu bir çözüm getiren evrensel ,tüm insanlar için geçerli bir yanıt bulmasıdır."
Reklam
Əgər mən başqalarını yox, ancaq bir adamı sevə bilirəmsə, əgər ona olan sevgim məni başqalarından ayırır və bu yadlığı gücləndirirsə, onda bu adama məni nəyin bağlamasından asılı olmayaraq, ona münasibətimi sevgi adlandırmaq olmaz.
A. Birləşmə, narsizmin əksi
Sevgi hissi xülyaları lazımsız edir. Başqasının və ya özünün dəyərini hədsiz artırmağa ehtiyac qalmır, çünki sevginin fəal birliyin həqiqi dəyəri fərdin öz həyatındakı məhdudiyyətləri aradan qaldırmasına və eyni zamanda özünü sevginin əsasında dayanan fəal bir gücün daşıyıcısı kimi hoss etməsinə imkan yaradır.
Rene Dekart.
" Mən şübhə edirəm, deməli, mən düşünürəm; mən düşünürəm , deməli, mən varam"
Qəbul olunmuş təsəvvürlərin "yekdil bəyənilməsi" kimi cəmiyyətin düşüncə tərzi barədə çaşqınlıqlara yol açan ikinci heç nə yoxdur. Əgər hər hansı bir ideya və ya hisslər toplusu əksəriyyət tərəfindən qəbul edilirsə, sonuncuların haqlı olduğu kimi sadəlövh bir fikir irəli sürülür. Bu fərziyyə qədər həqiqətdən uzaq olan ikinci bir fikir tapmaq mümkün deyil. Yekdil bəyənmə öz-özlüyündə nə məntiqi düşüncə, nə də ruhi sağlamlıqla bağlı deyil. Necə ki "folie a deux"(iki nəfərin ağılsızlığı) var, eləcə də “folie a millions"(milyonların ağılsızlığı) mövcuddur. Axı milyonlarca adamın eyni nöqsana mübtəla olması heç də bu nöqsanı ləyaqətə çevirmir; çox sayda adamın eyni səhvi etməsi heç də bu səhvi həqiqətə çevirmir və milyon adamın eyni psixi patologiya formasından əziyyət çəkməsi heç də bu adamları sağaltmır.
476 öğeden 571 ile 476 arasındakiler gösteriliyor.