Şahlar Şahı

Əfqan

Şahlar Şahı Quotes

You can find Şahlar Şahı quotes, Şahlar Şahı book quotes, the most impressive sentences and paragraphs on 1000Kitap.
Atan həmişə deyərdi ki,mən şahdan çörək,su istəmirəm,təkcə ədalət istəyirəm. Ədalət olan yerdə zülm də olmur,haqsızlıq da. Çörəyi,suyu,əti,yağı insan özü də qazanır,təki ədalət olsun. Padşah günəş kimidir,olmaz ki,birinə işıq versin,birinə zülmət...
İnsan yüz adamın içində də təkliyə düşə bilər.
Sayfa 167
Reklam
Nakişilərə padşah olmaqdansa, kişiye qul olmaq daha şərəflidir!
Sayfa 30
İblis özünü Allah saysa da,qorxulu deyil,onu Allah kimi tanıyanlar qorxuludur.
Sayfa 31
Təşəkkür də,töhmət də dünyanın düz vaxtı üçündür. İndi dünyamız elə qozbelləşib ki,heç qəbirdə də düzələn deyil.
Sayfa 30
Halal qədrini bilsən,harama rast gəlməzsən. Hayıf ki,insan çox vaxt haram tikəni halaldan şirin sayıb. Bir də haram boğazında qalıb boğulanda ayılır. İşi əvvəldən elə tutmaq lazımdı ki,fitnə divi qəlbə toxum salmasın.
Sayfa 25
Reklam
17 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.