Saqqallı Uşaq

Celil Memmedguluzade

Saqqallı Uşaq Quotes

You can find Saqqallı Uşaq quotes, Saqqallı Uşaq book quotes, the most impressive sentences and paragraphs on 1000Kitap.
"Qəlbimdən gələn səs mənə çox zadlar öyrədir. Haman o səs pak və təmiz insafımın səsidir ki, hamıda o insaf var. Hər kəs guş-huş ilə onun buyurduğuna qulaq asıb, əmrinə əməl eləsə, çox sirlərdən agah olub, çox şeylər bilər." -Sokrat
Sayfa 298 - "Danabaş kəndinin əhvalatları"Kitabı okudu
- Usta, mən bir şeyə mat qalıram. Yaxçı, ermənilər bu aşkarlıqda zadı görmüllər? Bunlar niyə bəs dönüb musurman olmullar? Usta Zeynal gəci mala ilə səqfə vurub dedi: - Qurban, bu işlər hamısı sirdir. Bunları heç başa düşmək olmaz. Bunlar hamısı Allah yanındadır; çünki belə fərz elə, ermənilərin hamısı çönüb müsəlman oldu - onda cəhənnəmi Allah kimdən ötrü xəlq edib və kimi ora göndərəcək? Bu işlərin hamısının bir səbəbi var; yoxsa ermənilər çox yaxçı bilirlər ki, bizim məssəbimiz olarınkından yaxçıdı. Xüdayi-əzz və cəll…
Sayfa 66 - "Usta Zeynal"Kitabı okudu
Reklam
Əhməd Fitrət bunun sözünü belə kəsdi: - Xeyr, bağışlayasınız, mən heç hirslənmirəm; ancaq hər bir dilin bir qanunu var və o qanuna biz də gərək tabe olaq. Məlumdur ki, türk milləti necə ki, hər bir işdə geri qalmışıq, dil barəsində də habelə. Nə bir qanun tanıyırıq, nə bir ahəngə tabe oluruq; elə başımızı aşağı salıb Kəblə Məmmədcəfər və Fatma xalalar kimi deyirik. Elə ata-babalarımız va cici-bacılarımız deyən kimi biz də gərək balığa "balıx" deyək?
Sayfa 168 - "Sirkə"Kitabı okudu
Konsulun arvadı
- Rzaqulu, dünyada bir şey var ki, hər bir arif adam ondan gərək xəbərdar olsun. Əlbəttə, sən ki deyirsən, konsulun arvadı ölüb ? Allah cəmi ölənlərə rəhmət eləsin. Ölü sahibini yoxlamaq insanın birinci nişanəsidir. Və lakin sən gərək bunu biləsən ki, ölü sahibini o yerdə yoxlamaq lazımdır ki, sənin yoxlamağına o möhtac olsun. Amma, Allaha șükür, İran konsulu və cəmi yer üzünün konsulları bir böyük əşxasdırlar ( şəxsdirlər ) Sən səy et, elə bir kəsi yada sal və elə bir kəsin ölüsünün üstünə get ki, səni orda gözləyə bilsinlər və oraya sənin getməyin və getməməyin yada düşsün. Amma, vallah, indi konsulun həyətində qurulan plov qazanların xatirəsi üçün şəhərin tamam əyanı və qeyri əyanı bu sahat doluşublar konsulxanaya və bəlkə də, hələ sənə oraya daxil olmağa icazə verməyəcəklər.
Sayfa 156 - 3 almaKitabı okuyor
"…Pəs bunun indi ulağının başına bu iş gəldi, axı aşkar şeydir, bu eşşəyin başına bir şey gəlsə, axı o, Kərbəla ziyarətindən qalacaq. Pəs indi bunu nə tövr başa düşmək? Bu yol mübarək yoldu. Bu yol Karbəla yoludu. Bu yol gözəl yoldu. Birisi ki, bu mətləbə düşdü, Kərbəlaya getmək niyyəti elədi, lazımdır ki, Allah-taala ona hər işdə kömək olsun. Pəs bir surətdə ki, indi onun eşşəyini gətirib burada istəyirlər, batıralar, pəs nə səbəbə, görəsən, xudavəndi-aləm öz qüdrət əli ilə bu işləri düzəltmir va günahkarlara, baislərə qəzəb eləmir? Pəs görükən budur ki, heç Allah-taalanın vecinə deyil, Məhəmmədhəsən əmi ziyarətə getdi, ya yox; yəni Allah-taalanın ona, yəni Məhəmmədhəsən əmiyə iltifatı yoxdu."
Sayfa 405 - "Danabaş kəndinin əhvalatları"Kitabı okudu
- Aya, görək birisi gedir ziyarətə, ziyarətini edir, sonra qayıdır, gəlir öz vətəninə, biz yığışıb dəstə-dəstə gedirik bu kişinin görüşünə və əl-ələ verib deyirik: "Ziyarətin qəbul olsun", aya, görək bizim deməkliyimiznən bu kişinin ziyarəti qəbul olacaq, ya xeyr? Aya, görək bu sözü ki, biz buna deyirik, bu sözlərin bu şəxsə mənfəəti var, ya yox? (…) Mən ki deyirəm yoxdu. Ondan ötrü ki, sən ziyarəti eləmisən bir ay, bəlkə, ay yarım bundan qabaq. Əgər sənin ziyarətin qəbul olunub Allah yanında, dəxi bizim sənə dua eləməkliyimizin nə faydası? Əgər ki, qəbul olunmayıb, genə faydası yoxdu. Biz deməkliknən qəbul olunmayacaq ki!
Sayfa 310 - "Danabaş kəndinin əhvalatları"Kitabı okudu
Reklam