Saranın Açarı

Tatiana De Rosnay
1942-ci ilin iyul ayında Parisin mərkəzində dəhşətli hadisə baş verir: dövrün ölüm düşərgəsinə – Auşvitzə göndərilmək üçün 13 minə yaxın yəhudi həbs olunur. Kütləvi həbs dalğası 10 yaşlı Sara Starzinskinin ailəsindən də yan keçmir. Amma Sara bir anlıq polislərin gözündən yayınaraq balaca qardaşı Mişeli evlərindəki dolabda gizlədib qapısını açarla bağlayır: “… dalınca qayıdacağam. Söz verirəm”. Velodrom d’Hivə aparılan balaca Sara, orada insanlara olunan zülmü gördükcə, ağır və faciəvi hadisələrə şahid olduqca pak və məsum dünyası darmadağın olur… Amma Sara ümidsizliyə qapılmır, velodromdan qaçmaq üçün yollar axtarır. Əsər boyu bir an da olsun bu sual bizi tərk etmir: görəsən, Sara qayıdıb balaca qardaşını xilas edə biləcəkmi? Kitabda paralel olaraq Culiya adlı bir jurnalistin həyatından da bəhs olunur. Bu süjet xəttində hadisənin üstündən 60 il keçib. Bir gün Culiya çalışdığı qəzetdən tədqiqat üçün yeni bir mövzu alır: “Velodrom d’Hiv” hadisəsi O, faciəni araşdırdıqca sürprizlərlə qarşılaşır. Sən demə, Culiya ilə Saranı bir-birinə bağlayan gözlənilməz faktlar var. Culiya ilə Saranın həyatını nə birləşdirir? Necə olur ki, illər ötsə də, bu soyqırım Culiyaya və onun ailə münasibətlərinə təsir edir? Roman bütün bu sirli sualların cavabı ilə hörülüb. Tatyana de Rosney hadisəni – üstündən uzun müddət keçsə də – müasir bir insanın həyatıyla kəsişdirməklə kölgədə qalan bu faciəni bizə daha dərindən hiss etdirir.
Yazar:
Tatiana De Rosnay
Tatiana De Rosnay
Tahmini Okuma Süresi: 12 sa. 28 dk.Sayfa Sayısı: 440Basım Tarihi: 2019İlk Yayın Tarihi: 12 Haziran 2007Yayınevi: Parlaq İmzalar
ISBN: 9789952525328Ülke: AzerbaijanDil: AzericeFormat: Karton kapak

Yorumlar ve İncelemeler

Tümünü Gör
440 syf.
9/10 puan verdi
·
5 günde okudu
Əsər tamamilə real hadisələr əsasında yazılıb. Yahudilərə qarşı etnik təmizləmə qurbanlarından bəhs edən əsər Sara və onun ailəsinin başına gətirilən hadisələr və 60 il sonrası qələmə alınıb .Müəllif öz qeydində bu kitabın tarixi əsər deyil , sadəcə sürgün olunmuş və heç vaxt geri qayıtmamış və sağ qalaraq baş verənləri danışmış uşaqlara, hədiyyəsi olduğunu qeyd edir. Əsər 1942 -ci ilin yayında yahudilərin Parisin mərkəzində fransızlar tərəfindən kütləvi şəkildə sürgün olunması və acınacaqlı şəkildə qətl olunmasından bəhs edir. Onların yeganə günahı yahudi olaraq dünyaya gəlmələri idi. Sara da ailəsi ilə birgə Velodrom d'Hvivə sürgün olunan yahudilərdən biri idi. Polislər evlərinə basqın edərkən, Sara qardaşını dolabda gizlədib, açar ilə bağlayır və geri qayıdacağına söz verir . Lakin.... İllər sonra jurnalist Culiya bu hadisələri araşdırmaq üçün təyin olunur. Araşdırma gedişatında Culiya Sara ilə onu birləşdirən bağlılığı ortaya çıxarır. İllər öncə Sara və ailəsinin yaşadığı mənzilin sonrakı sahibi Culiyanin həyat yoldaşının valideynlərinin olduğu gerçəyi ilə qarşılaşır .Həmin ev, bağlı qalmış dolab ... Olduqca maraqlı əsərdi #6avqust2020
Saranın Açarı
Saranın AçarıTatiana De Rosnay · Parlaq İmzalar · 2019105 okunma
Reklam
440 syf.
7/10 puan verdi
·
10 günde okudu
"İkinci dünya müharibəsi" zamanı yəhudilərin kütləvi həbsindən, bu zaman həyatı məhv olmuş bir yəhudi qızın - Saranın yaşadıqlarından danışılan bir əsərdir. Lakin obrazlar uydurmadır, həqiqi deyildir. Kitabı oxuduğum zaman Sara ilə birlikdə ümid etdim, onun hüsranı məni də incitdi. 10-11 yaşlı bir qızən bu qədər kədəri dadması, həyatının birdən, sadəcə yəhudi olduğu üçün məhv olması... Əsərdə bütün bunları 60 il sonra üzə çıxaran jurnalist Culiya və Saranın onun həyatı ilə bağlılığını da yanaşı olaraq oxuyuruq.
Saranın Açarı
Saranın AçarıTatiana De Rosnay · Parlaq İmzalar · 2019105 okunma
440 syf.
8/10 puan verdi
·
Beğendi
·
21 saatte okudu
Məni xatırlayırsanmı mişel? Mən, bacın Saranı. Sənin dalınca gəlməyəni. Səni dolabda qoyub gedəni. Sənin sağ-salamat olduğunu zənn edəni. Mişel illər keçsə də, o açar hələ də məndədir. Bizim gizli yerimizin açarı. Görürsənmi, mən onu saxlamışam və hər gün toxunub xatırlayıram. (Kütləvi həbs, Veledrom d’Hiv. Düşərgə. Qaçış. Evinə qayıdan balaca qız. Dolabdakı ölü uşaq. Ölümün və sirrin birləşdirdiyi iki ailə. Kədərin birləşdirdiyi iki ailə)
Saranın Açarı
Saranın AçarıTatiana De Rosnay · Parlaq İmzalar · 2019105 okunma
Reklam
Reklam
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.