Zeynal dedi:
- Sən ölmüyəsən, bu şəhər qızları adama elə baxırlar ki, elə bil, neçə ilin tamarzısıdırlar.
Eldar bizə göz vurub soruşdu:
- Hansı adama, Zeynal?
Biz gülüşdük. Sərvər ağsaqqalsayaq dedi:
- Yol böyüyündür, Zeynal, tələsmə, qoy mən ortadan çıxım, ondan sonra tapşıraram qızlar sənə də baxsınlar...