Qorxu, təlaş, təşviş.. Bütün bu hisslər sizə nəyi xatırladır? Psixoloji problemlər yaşayan bir insanın get-gedə bütün mənəviyyatını ələ keçirən bu hisslər onu ruhunda dərin iz qoymuş xatirələrə qarşı minnətdar birinə çevirə bilərmi? Bir sarmaşıq... İnsanın hisslərini ələ keçirə bilərmi?
Suallar dərin… Keçmişin xatirələri isə dənizin dalğalarında itib batır… İtib-batan xatirələr suallara cavab tapır…
“…Ətrafa tez nəzər yetirdikdə dəlixanada olduğum, otağımda yatdığım an yadıma düşdü. Həyətdəki zəif işıq pəncərədən otağa düşürdü. Bundan sonra anlamışdım gördüklərimin bir yuxu olduğunu. Dərindən nəfəs aldım.
Amma... Bəlkə də, səhv anlamışdım.
Doğrudan da, bütün həqiqəti ilə qarşımda duran, daxilimə işıq tutan o sarmaşıq təkcə bir qorxulu yuxudanmı ibarət idi? Yoxsa mənim ruhum bir sarmaşıqdanmı ibarət idi?”