Stefan Zweigin şah əsərlərindən biri olan "Satranç" yazıçının intiharından əvvəl yazılmış əsərlərindən biridir.İntihar düşüncəsində olan yazıçının ruh halını və düşüncələrini ifadə edən əsərdir deyə bilərik.
Əsər New York'dan Buenos Aires'ə yola düşəcək bir gəminin hərəkət etməsi ilə başlayır.Zweig öz fikirlərini dünyaca məhşur şahmat oyuncusu Mikro Czentovic və psixoloji işgəncə ilə soruşdurulan Dr.B baş qəhrəmanlarının həyat hekayələrində cəmləşdirmişdir.Bu əsərdə " Şahmat" taxtası "Müharibə" meydanını,Czentovic Nazi Otoritesi və acımasızlığını,Dr.B. isə humanistliyi,insanlığın 2. Dünya müharibəsində yaşadıqlarını təmsil edir.
Çox axıcı olduğundan,bir oturuşda qurtara bilinəcək əsərlərdəndir.Əsəri cəzbedici edən xüsusiyyətlərindən biri də yazıçı ilə bu əsərin bağlılığıdır.Əsəri oxuduqca,dərinə getdikcə bunu anlamaq olur.
İlk oxuduğum Zweig kitabı olmasına baxmayaraq yazıçı haqqında bir çox fikir beynimdə formalaşdı.Davamı olacaq əlbəttə...