Ədəbiyyatımıza yeni qəhrəman tipi gətirmiş “60-cılar” ədəbi nəslinin nümayəndəsi olan İsi Məlikzadə müasir Azərbaycan povestinin yaradıcılarından biri, gözəl hekayələr müəllifi kimi tanınır. Onun əsərlərindəki özünəməxsus bədii dünya gerçəkləri XX əsr Azərbaycan insanını, onun mənəvi aləmini, əxlaqını və yaşayış tərzini aydın və düzgün əks etdirir. Yazıçı həm mövzu, həm mövzunun açılışı, həm də dil vasitələrinin bu mövzu və açılışa qovuşuq şəkildə işlədilməsi baxımından məxsusi keyfiyyətləri ilə seçilir. Bu kitabda ustad nasirin, doğruları sənət diliylə ifadə edən seçmə povest və hekayələri toplanmışdır.